Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Elmin Şam İşığında

İblislərlə Dolu Dünya

Carl Sagan

İblislərlə Dolu Dünya Gönderileri

İblislərlə Dolu Dünya kitaplarını, İblislərlə Dolu Dünya sözleri ve alıntılarını, İblislərlə Dolu Dünya yazarlarını, İblislərlə Dolu Dünya yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Şamın işığı öləziyir. İşıqlandırdığı sahə kiçilir. Zülmət çökür. İblislər toplaşmağa başlayır.
Elm dünyanı anlamaq, taleyimizi və hadisələri kontrol etmək, özümüzə təhlükəsiz bir yol seçmək üçün uğuru təsdiqlənmiş seçimdir.
Reklam
... təəssübkeşlər tərəfindən Tanrı, İsa və İslam adına işlənən cinayətlər və uşaq istismarları Şeytan adına işlənənlərdən dəfələrlə çoxdur.
... Hitler sonrası bir ölkədə yaşamağa məcbur edilsəydilər, Holokostdan xilas olanların hiss edəcəkləri psixoloji yükün ağırlığını təsəvvür edin.
"Sadəlövh ağıl... Qəribə şeylərə inanmaqdan böyük zövq alır, inandıqları nə qədər qəribə olarsa, onlarla o qədər asan yola gedir; açıq və ağlabatan şeyləri isə əsla təqdir etmir, çünki bunlara hər kəs inana bilər."
Reklam
Qısa və qeyri-müəyyənliklərlə dolu bu həyatda elmin kədərə məlhəm olmadığı anlarda, insanları inancın verdiyi təsəllidən məhrum etmək daşürəklilik kimi görünür. Elmin yükünü daşıya bilməyənlər onun təlimatlarını nəzərə almamaqda azaddırlar. Ancaq biz elmi hissələrə ayırıb özümüzü əminlikdə hiss etdiyimiz sahələrə tətbiq edə, bizə sərf etməyən sahələrdə isə onu görməzdən gələ bilmərik, çünki biz o qədər ağıllı deyilik. Beyni ayrı-ayrı hermetik bölmələrə ayırmadan təyyarələrdə uçmaq, radioya qulaq asıb antibiotiklər qəbul etmək və Yerin 10 000 il yaşı olduğuna və Oxatan bürcündən olanların kübar və dostcanlı olduqlarına inanmaq necə mümkün ola bilər?
...cahillik xoşbəxtlik gətirirsə, ağıllı olmaq səfehlikdir.
Hippokrat xarakterik üslubu ilə yazırdı: İnsanlar epilepsiyanın səbəbini bilmədikləri üçün ona səmavi xəstəlik deyirlər. Bilmədikləri hər şeyi səma ilə əlaqələndirsələr, səmavi şeylərin ardı-arası kəsilməz.
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.