Ağıllı adamlarla heç bir iş görmək olmaz. Bizə etiraz etmədən inanan və düşünmədən iş görən adamlar lazımdır. Bu gənclərin başını bir sıra romantik işlərə qatmaq, onlarda maraqlı sərgüzəştlərə həvəs oyatmaq və gənclərə bugünkü həyatımızın sərhədlərinin darlığını göstərməklə onlarda böyük arzular oyatmaq lazımdır. Beləliklə, onların hamısını əlimizdə saxlamaq həm yaxşı olar, həm də bu, məqsədə daha müvafiqdir...