Əsər alleqorik üslubda yazılıb. Burada Avstiya-Osmanlı müharibəsinə gedən italyan vikontun yaralanması fonunda xeyirlə şərin mübarizəsi təsvir olunub. Yazıçı bir insanın yalnız yaxşı, saf, xeyirxah və ya yalnız pis, bədxah ola bilməyəcəyi fikrini müdafiə edir. Əsərdən belə bir nəticə çıxır hər insanın daxilində xeyirxahlıq və bədxahlıq balanslaşdırılmış formada olmalıdır. Hər birinin həddindən çox olması fəlakətlə nəticələnə bilər.
Əsəri bəyəndim. Hər yerdə, ən çox oxunan kitablar arasında görmədiyimiz maraqlı əsərlərdən biri idi.