İlahi Ədalət

Murtaza Mutahhari

En Yeni İlahi Ədalət Sözleri ve Alıntıları

En Yeni İlahi Ədalət sözleri ve alıntılarını, en yeni İlahi Ədalət kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
"Bu gün əməl günüdür və haqq-hesab yoxdur, sabah isə haqq-hesab günü olacaq və (orada) iş (görmək imkanı) mövcud olmayacaq". İmam Əli (ə)
Körpənin doğulması dünya ilə müqayisə ediləndə doğulmaq, onun əvvəlki həyatı ilə müqayisə ediləndə isə ölüm olduğu kimi, insanın ölümü də dünya ilə müqayisə ediləndə ölüm, dünyadan sonrakı aləm ilə müqayisə ediləndə isə doğulmaqdır.
Reklam
Gördüyün hər bir təsvirin əsli qeyb aləmindədir, Təsvirin itməsindən kədərlənmə, çünki onun əsli əbədidir.
Bəzən xoşbəxtliklərin daxilində bədbəxtliklər yatdığı kimi, çətinlik, bəla və müsibətlərin də daxilində səadət və xoşbəxtliklər yatır. Bu, yaşadığımız dünyanın formuludur.
Dərənin dibinə düşməyən şəxs dağın əzəmətini dərk edə bilməz.
Bəla və müsibətlər insan onlardan bəhrələndiyi, səbir və müqavimət göstərdiyi, bəlalardan doğan çətinliklərə sinə gərməklə öz ruhunu kamilləşdirdiyi təqdirdə nemətdir. Amma əgər insan çətinliklər qarşısında qaçmaq yolunu seçsə və nalə edərək şikayətlənsə, həmin bəla onun üçün, doğrudan da, bəla olacaq.
Reklam
45 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.