Antik İran tarixi barədə qaynaqların az olmasına rəğmən əldə olanlardan yetərincə peşəkar şəkildə istifadə edib müəllif. İran coğrafiyasında hökmdarlıq anlayışı, Pers olmayan xalqlara, Zərdüşt olmayan inanclara tolerantlığın, təzyiqin necə şəkilləndiyini ətraflı şəkildə göstərən bir əsər oldu. Yadelli olmasına rəğmən Makedoniyalı İskəndərin İranda niyə məşru, qanuni hökmdar sayıldığını və Misirdən Hindistana qədər yayılan Sasanilərin çöküş dövrünü və niyə bu qədər qısa müddətdə Xilafət ordusu tərəfindən məğlub edildiyini axıcı dillə başa salan bir kitab oldu. İslam öncəsi dövrü bitirib kitabı hələlik yarıda saxlayıram.