Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İslam İman İbadət

Osman Nuri Topbaş

İslam İman İbadət Sözleri ve Alıntıları

İslam İman İbadət sözleri ve alıntılarını, İslam İman İbadət kitap alıntılarını, İslam İman İbadət en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
"Allaha və peyğəmbərinə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!" (ən-Nisa, 69)
Sayfa 119Kitabı okudu
Doğrudan da, İslam tövhidlə bu fani aləmə elə bir "Allaha qovuşmaq" sevinci gətirib ki, bəşər üçün bundan daha böyük mənəvi zövq yoxdur. Elə bir sevinc ki, istiqbalin, yəni ölümdən sonrakı bütün həzz və sirlər onun könüldəki təzahürünə bağlıdır. Səhabələr və onların yolu ilə gedən xoşbəxt insanlar İslama bu sevinc - Allaha qovuşmaq eşqi ilə sarılaraq, canlarını və mallarını əsirgəməmiş və bəşər Övladının bacarığı nisbətində olan bir güclə, Allah və onun Rəsulunun yolu ilə, yəni doğru yolla getmişlər..
Reklam
"Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi kitaba (Qurana) və ondan Əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan kəs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdır." (an-Nisa, 136)
Sayfa 129Kitabı okudu
"Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər. O, lətifdir, (hər şeydən) xəbərdardır!" (əl-Ə`nam, 103) "Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: "Ol!" deyər, o da (fövren) olar." (əl-Bəqərə, 117)
"Allahdan başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur..." (əl-Bəqərə. 255).
"...Allahdan başqa heç bir tanrı yoxdur. Allahdan başqa hər şey məhvə məhkumdur. Hökm Onundur. Siz (qiyamət günü) məhz Onun hüzuruna qaytarılacaqsınız! (əl-Qəsəs, 88)
Reklam
"Kim Rəbb olaraq Allahı, din olaraq İslamı, Peyğəmbər olaraq Məhəmmədi qəbul edib, razı qaldım deyərsə, cənnət ona vacib olar." (Əbu Davud, Salat, 36, Tirmizi, Salat, 42)
"Yerdə və göylərdə heç bir şey Allahdan gizli qalmaz." (Al-i İmran, 5)
"Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə heç nǝyǝ (o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə (tərifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)." (Fatir, 15)
"Allah yanında (haqq) din, əlbəttə, İslamdır..." (Ali İmran,19) "Kim İslamdan başqa bir din ardınca gedərsə, (belə bir din) heç vaxt ondan qəbul olunmaz və o, axirətdə zərər çəkənlərdən olar!" (Al-i İmran, 85)
182 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.