Çox gözəl bir kitabı bitirmənin üzüntüsünü yaşayıram. Bu kitabda bilmədiyim bir çox məlumatlara yiyələndim. Peyğəmbər dövrünün olmuş hadisələri, hədislərdə ifadə olunanlar hər biri çox gözəl təsvir olunub. Hər bir cümləsi duyğu yüklü idi. Həttda göz yaşlarımı saxlaya bilmədiyim anlarda oldu...
Əslinə qalsa yazarların öz dini düşüncələrinin əks etdirdiyi kitabları oxumağı o qədər də tövsiyyə etmirəm. Çünki yazılan fikirlər həqiqətən də dində varmı yoxsa yazıçı sadəcə öz düşüncələrinimi əks etdirir deyə sual yaranır. Belə olduğu halda din yanlış aşılanır. Ancaq bu kitab bəhs etdiyim kimi deyil. Bildiyimiz bir çox dini bilikləri ən geniş şəkildə izah edir və öyrədir. Kitabın adından da məlum olduğu "İslam İman İbadət" haqqında hər mövzu üzrə geniş izahlar əks olunub. Qısacası dində olan hər bir mövzuya toxunulub.
"Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü (qəlbini) İslam (dini) üçün açıb genişləndirər." (əl-Ənam, 125)
"Əvvəl də, axır da, zahir də, batin də Odur." (əl-Hədid, 3)