Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

İvan İliçin Ölümü

Lev Tolstoy

İvan İliçin Ölümü Gönderileri

İvan İliçin Ölümü kitaplarını, İvan İliçin Ölümü sözleri ve alıntılarını, İvan İliçin Ölümü yazarlarını, İvan İliçin Ölümü yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
O, özünün köməksizliyinə ağlayırdı, dəhşətli tənhalığına ağlayırdı, insanların qəddarlığına, allahın qəddarlığına, allahın yoxluğuna ağlayırdı.
O, ciyərlərinə hava çəkdi, nəfəsini yarıda saxladı, dartındı və öldü.
Reklam
O həmin sözləri eşitdi və ürəyində təkrar elədi. "Ölüm qurtardı. Daha ölüm yoxdur."
- əzab-əziyyət, ölüm... Nə üçündür bu, nəyə görədir? Cavabı, izahı yoxdur...
Həyat, çoxalmaqda olan iztirablar toplusu sürətini artıra-artıra öz sonuna ən dəhşətli iztiraba doğru uçur.
Camaata görə yüksəlirdim, amma cəmiyyətin hesabına görə, hansı sürətlə yüksəlirdimsə, həmin o sürətlə də həyat uzaqlaşırdı məndən. Və budur, gəlib çatdın mənzil başına, yıxıl öl! Nə deməkdir bu? Niyə ölməliyəm? Ola bilməz. Həyat belə mənasız, belə rəzil ola bilməz. Əgər həyat, doğrudan da belə rəzil və mənasız olubsa onda ölmək, özü də əzab çəkə-çəkə ölmək nə deməkdir?
Reklam
-Yaşamaq? Necə yaşamaq? - qəlbinin səsi soruşdu. -Bəli yaşamaq, əvvəl necə yaşayırdımsa,eləcə: yaxşı, gözəl. - Əvvəllər gözəl yaşamısanmı? - səs soruşdu. Və o öz gözəl həyatının ən şirin anlarını təsəvvüründə canlandırmağa başladı. Di gəl, -qəribə iş idi, - o gözəl həyatının ən yaxşı anları indi ona əvvəlki kimi şirin gəlmədi. İlk uşaqlıq xatirələrindən başqa heç biri. Orada, uşaqlıq illərindən, doğrudan, elə gözəl anlar vardı ki, əgər o çağları qayıtsaydı, həmin anları təzədən yaşamaq olardı. Lakin o gözəl anları yaşamış adamın özü yox idi indi: elə bil həmin adam özü deyildi, başqasıydı, başqa adam haqda xatirələrdi.
...: etiraf eləməyə utansa da, bəzən uzun iztirab və məşəqqətlərdən sonra İvan İliç istəyirdi ki, kimsə ona xəstə uşaq kimi rəhm eləyibz qayğı göstərsin. Ürəyindən keçirdi ki, uşağı əzizləyib ovunduran kimi, onu da əzizləsinlər, öpüb-oxşasınlar, halına acıyıb ağlasınlar. Başa düşürdü ki, yekə kişidir, saqqalı ağarmağa başlayıb və buna görə də belə şey mümkün deyil; amma hər halda istəyirdi.
"Doğurdan da, burada, bax bu pərdəni taxmaqla həyatımla vidalaşmışam. Doğrudanmı? Necə də dəhşətli və axmaq bir iş! Bu ola bilməz! Ola bilməz, amma olub."
Reklam
-Məsələ kor bağırsaqda, böyrəkdə deyil, həyatda və... ölümdədir. Bəli, yaşayırdım, indi isə, budur, həyat tərk eləyir məni, gedir və mən tutub saxlaya bilmirəm onu.
96 syf.
·
Puan vermedi
·
32 saatte okudu
Tolstoyun 3-cü əsərini oxudum. Digərlərini o qədər də sevməmişdim. Məni cəlb etməmişdi. Amma, bu tam fərqli idi. İvan İliçə acıdım. Kitabı oxuyarkən dünyanın mənasızlığını və acizliyini bir daha anlayırsan. Bu kitab mənə Tolstoyu sevdirdi. İstəyərdim ki, hər kəs bu kitabı oxuyub, dünyanın necə bir yer olduğunu yadına salsın.
İvan İliçin Ölümü
İvan İliçin ÖlümüLev Tolstoy · Qanun Nəşriyyatı · 201845bin okunma
Uşaqlıq və gənclik illərinin bütün əyləncələri heç bir böyük iz buraxmadan ötüb keçmişdi.
- İşıqlı nöqtə bircə orada, lap uzaqda, ömrümün əvvəlindədir, ondan sonra, ondan bu yana isə qaranlıqdır, zülmətdir və bəri gəldikcə bu zülmət sürətlə böyüyür, dərinləşir.
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.