Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Kağızdan Hazırlanmış İnsanlar

Pera
10/10
2 Kişi
8
Okunma
3
Beğeni
481
Görüntülenme
Həqiqi mənada kimsəsizliyin və ya insanlarla dolu həyatında özünü kimsəsiz hiss etməyin açdığı boşluqları insanlar ya yalanlarla, ya da həmişə möhtac olduqları kiçik bir sevgi ilə doldurmağa çalışırlar. Yalanlarla tamamlanmış hisslər, doldurulmuş boşluqlar zamanla daha böyük oyuğa çevrilir, daha da çox hiss etdirir özünü. İnsan ağ ikən öz əskikliyini dolduracaq ağ axtarışında olur. Ancaq o boşluğun əsl sahibinin qara ola biləcəyi ehtimalı heç kəsin ağlına belə gəlmir. Əsərin baş qəhrəmanı Dərya illər öncə yaşadığı ağır hadisədən sonra insanlara qarşı yaranmış qorxuları ilə yaşamağa məhkum olur. Bu qorxuları hər zaman onun qarşısında böyük bir sədd yaradır. Zamanla o öz qorxuları ilə bütünləşir və onlarla yaşamağa alışır. Ancaq ruhundakı o əskik parçanın bir gün tamamlana biləcəyinə heç vaxt inanmır. Gözlənilən hadisələrin zamanı yetişdikdə o, ilk dəfə qorxunun yaratdığı səddi aşaraq özünün kiçik çərçivəsindən çıxmağı bacarır. Hər şey qorxaq qız Dəryanın, qorxulu adam Leonla qarşılaşmasından sonra başlayır. Bu qarşılaşmadan sonra Dəryanın həyatı bütünlüklə dəyişir.Həyatını boşluq üzərində quran və özünü xoşbəxtliyin ən zirvəsində olduğuna inandıran Leon isə hər şeyi əslində olduğu kimi görməyə başlayır.
Yazar:
Pera
Pera
Tahmini Okuma Süresi: 10 sa. 53 dk.Sayfa Sayısı: 384Basım Tarihi: 2022Yayınevi: Qanun Nəşriyyatı
ISBN: 9789952383997Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.