Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Əsərləri

Aleksandr Puşkin
Kitaba böyük rus şairi A.S.Puşkinin ayrı-ayrı illərdə yazdığı məşhur şeirləri, poemalar və dram əsərləri, "Kapitan qızı" povesti daxil edilmişdir. Kitaba daxil edilmiş dramlar: Xəsis cəngavər, Motsartvə Salyeri, Daşqonaq, poemalar: Qafqaz əsiri, Baxçasaray çeşməsi, Qaraçılar, Yevgeni Onegin, Tunc atlı, və şerləri. Puşkin deyəndə xəyalımızda XVIII əsr rus ədəbiyyatının axta-rışlarına tarixi yekun vurmuş, XIX əsr klassikasının birinci səhifə¬sini açıb, onu dünya ədəbiyyatına tanıtmış böyük şair surəti canlanır. Bir sənətkar və şəxsiyyət kimi Puşkin özündən əvvəlki Avropa mədəniyyətinin parlaq fonunda və dövrünün ədəbi həyatının mürəkkəb mühitində yetişmişdir. O dövrə xas olan cəhətlərdən biri antik ədəbiyyata aludəçilik idi. Faciələri ilə Avropa səhnələrini zənginləşdirən böyük Şekspir bir çox yazıçılara təsir göstərirdi. Hələ de yüksək klassisizmin ənənələri yaşayır, hələ de sentimen- talizmin gülləri qoxuyurdu. Maarifçiliyin böyük ideyaları təzadlı şəkildə güclü romantik axınla qovuşmaqda, yeni dövrün realizmi isə sürətlə yüksəlirdi. Şairin yaradıcılıq pafosunu müəyyənləşdirən iki mühüm məqamı da qeyd etmək vacibdir: 1812-ci il Vətən müharibəsi ile bağlı ümumxalq yurdsevərlik və elsevərlik şüurunun yüksəlməsi, dekabrist hərəkatı. V.Q.Belinskinin təbiri ile desək, “bəşəriyyətin tarixi hərəkatında şairin onunla rastlaşdığı yolun uzunluq və en dairəsinin” ictimai-mədəni mənzərəsi bundan ibarət idi. Bu mühit Puşkinin yaradıcılığının həyatiliyini, bəşəriliyini və ölməzliyini müəyyənləşdirir.
Yazar:
Aleksandr Puşkin
Aleksandr Puşkin
Editör:
Rüstəm Kamal
Rüstəm Kamal
Derleyen:
Telman Cəfərov
Telman Cəfərov
Tasarımcı:
Tərlan Qorçu
Tərlan Qorçu
Tahmini Okuma Süresi: 18 sa. 49 dk.Sayfa Sayısı: 664Basım Tarihi: 2009Yayınevi: Bakı, Şərq-Qərb Nəşriyyatı
ISBN: 9789952342321Ülke: AzerbaijanDil: AzericeFormat: Ciltli

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.