Afaq Məsud müsahibələrindən birində deyirdi: “İzdiham” əsəri mənim yeganə əsərimdi ki, tam şüursuz şəkildə yazılıb. Yəni mən onu, nə yazacağımı düşünüb-daşınmadan, heç bir süjet xətti qurmadan, elə-belə yazmışam. Yazdıqca, duyduğum bir o olub ki, nə vaxtdan bərisə içimə yığılıb qalmış möhtəşəm bir qəhərdən azad oluram... Əslində, hər bir insanın şüuraltısında onun uşaqlıq, yeniyetməlik illərindən qalan irili-xırdalı zədələr var. Onları xatırlamaq, anmaq, üstəlik, kağıza köçürmək imkanı isə görünür, hər adama verilmir…”