Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Keçmişə Yaxın Yer

Rafiq Tağı

Yükselen Keçmişə Yaxın Yer Sözleri ve Alıntıları

Yükselen Keçmişə Yaxın Yer sözleri ve alıntılarını, yükselen Keçmişə Yaxın Yer kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
"Vətən ağacı" hekayəsindən
Hamı sənin yoxluğuna vərdişkardı, varlığına yox, necə ki, ölənin yoxluğuna verdiş elənir, varlığına yox. Qayıtmağın xortdamaq kimi bir şeydir.
"Vətən ağacı" hekayəsindən
Bizim yerdə tanısa-tanısa məni yaşlılar tanıyar. Təkcə yaşlı hafizəsində yaşamaq da ki, etibarsız şeydir.
Sayfa 240 - AlatoranKitabı okudu
Reklam
"Qədim kitab" hekayəsindən
Sağ qalmaq bəxt gətirməsi sayılarsa, onun bəxti gətirdi; sanki bəxti gətirməyəcəyi günü görmək üçün bəxti gətirdi - onun həyatda nə qədər ki, bəxti gətirmədiyi gün olmuşdu, onlardan yalnız axırıncısı qalırdı.
"Qədim kitab" hekayəsindən
Teatra nə ehtiyac, dəfnlər elə melodramatik tamaşalardır - ümumi süjet məlum olsa da, məzmun ayrıdır.
"Qədim kitab" hekayəsindən
İnsan doğulanda ölümü də doğulur; ölüm əvvəl uşaq olur, sonra cavanlaşır (ancaq heç vaxt evlənmir), axırda qocalır.
"Qədim kitab" hekayəsindən
İnsan doğulanda ölümü də doğulur; ölüm əvvəl uşaq olur, sonra cavanlaşır (ancaq heç vaxt evlənmir), axırda qocalır.
Reklam
"Qədim kitab" hekayəsindən
Həyat qədim kitab kimi qəşəng tərtib edilib: əvvəli də, sonu da yoxluqla naxışlanıb.
"Divanə" hekayəsindən
Onunku bəzəksiz nimçələrdi. Bəzək qiyməti artırmaq üçün bir fənddir. O ki qaldı estetikaya, yalan sözdür, yemək qarına estetik, ya qeyri-estetik - eyni yolla gedir.
Reklam
"Dəfn ağsaqqalı" hekayəsindən
Ay Günəşdən xoşbəxtdir — ona yalnız dirilər qismət olur. Ayın alnına təkcə qətldən, ya müharibədən ölənlər yazılıb.
"Dəfn ağsaqqalı" hekayəsindən
Gərək gecələr bütün müsəlman dünyasında gündüzdən qalma meyit olmaya. Gecələr yalnız dirilərə, bəlkə də onların eyş-işrəti üçün nəzərdə tutulub.
"Annalar, Vronskilər" hekayəsindən
Bizlərdə gündüz fənərlə axtarsan da bircə annakarenina tapmazsan.
"Annalar, Vronskilər" hekayəsindən
Lev Tolstoya nifrətim də günbəgün, özü də həndəsi silsilə ilə artırdı.
Sayfa 81 - AlatoranKitabı okudu
"Klassik üslubu sevənlər" hekayəsindən
Qəbiristanlıq böyüdükcə ölkə balacalaşırdı - yaşamağa yer qalmırdı.
Sayfa 57 - AlatoranKitabı okudu
26 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.