Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Rafiq Tağı

Rafiq TağıYanaşı Ulduzlar yazarı
Yazar
8.1/10
5 Kişi
27
Okunma
4
Beğeni
593
Görüntülenme

Hakkında

Refik Tağı, 1972 yılında Azerbaycan Devlet Tıp Enstitüsünden mezun olmuş, iki yıl sonra Moskova Tıp Enstitüsünde İç Hastalıklar alanında uzmanlık eğitimi almıştır. İlk şiiri 1968 yılında, ilk hikâyesi 1977 yılında yayınlandı. Azerbaycan'ın en önemli edebi kurumu olan Azerbaycan Yazarlar Birliği'ne 1988 yılında üye olmuş, 2004 senesinde Azerbaycanlı şair Samed Vurgun hakkında yazdığı eleştirel yazıdan sonra bu kurumdan ihraç edilmiştir.
Tam adı:
Rafiq Nəzir oğlu Tağıyev
Unvan:
Azeri Gazeteci, Yazar, Hekim
Doğum:
Masallı, S.S.C.B., 5 Ağustos 1950
Ölüm:
Bakü, Azerbaycan, 23 Kasım 2011

Okurlar

4 okur beğendi.
27 okur okudu.
3 okur okuyacak.
1 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
- Burda həyatın beş-altı düsturu var. Əzbərlə, yaşa, daha doğrusu, çərlə.
Sayfa 69 - Alatoran YayınlarıKitabı okudu
Günlərim səhərlər möhür kimi basılırdı – həmişə təxminən eyni yazı alınırdı.
Sayfa 42 - Alatoran YayınlarıKitabı okudu
Reklam
- Bizi həyatda gözləyən ən böyük hadisələr yalnız ölümlərdir – dost ölümü, qohum ölümü...
Sayfa 18 - Alatoran YayınlarıKitabı okudu
Bizim yaxınlığımız, uzaqlığımız göydəki yanaşı ulduzların yaxınlığı-uzaqlığı kimidir.
Sayfa 32 - Alatoran YayınlarıKitabı okudu
Amma tənhalıq pis şey deyil; yazıq bayquşun bütün günahı bundadı ki, tənhalığı sevir.
Sayfa 9 - Alatoran YayınlarıKitabı okudu
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
271 syf.
9/10 puan verdi
·
Beğendi
·
16 günde okudu
Rafiq Tağı 2006 -cı ildə yayımlanan " Avropa və biz" adlı yazısından sonra 3 il müddetində həbs edilmişdi. Yazıda İslamı ve onun daşıdığı dəyərləri Azerbaycan xalqının geridə qalmasına esas səbəb olaraq göstərirdi. İslam haqqında fikirlərinə göre yazıçı haqqında ölüm fitvası verilmişti ve 2011- ci ildə bıçaqlanaraq öldürüldü. Qatili hələ də tapılmayıb. Rafiq Tağını bu hadisələrə görə tanıyırdım, ancaq son dövrdə onun iki hekayə kitabı ilə tanış oldum. Gözlədiyimdən olduqca təsirli və yaxşı hekayələr oxudum. Hekayələri əsasən Sovet dövrünün sonlarına, müstəqilliyin ilk illərinə ve XX əsrin son illərinə aiddir. Ki bu dövrlər Azərbaycan xalqı üçün çətin, ağır ve bir o qədər də rəngli və maraqlı illər olmuşdur. Yazıçının bu illərdə baş verən hadisələri sadə insanın baxışı, düşüncəsi və yaşayışı ilə çatdırması xüsusi zövq verdi. Bir çoxumuzun valideynlərinin deə gənclik illərinə də təsadüf edən dövrdə insanların necə sevməsi, münasibətləri, həyata baxışı, düşüncəsini öyrənmək olduqca maraqlı idi. Rayondan Bakıya, Bakıdan Moskovaya və yaxud əksi istiqamətdə köçən, gələn insanların gözündən oradakı mühitin təsviri də mükəmmə idi. Bir sözlə oxuyarkən qarışıq hissləri birlikdə keçirdim. Fürsət düşsə mütləq oxuyun.
Keçmişə Yaxın Yer
Keçmişə Yaxın YerRafiq Tağı · Alatoran Yayınları · 20147 okunma
271 syf.
10/10 puan verdi
·
Beğendi
"İlahi, varsansa çox şükür, yoxsansa eybi yox"
Rafiq Tağı 1950-ci ildə Masallı rayonunda anadan olub. İxtisasca həkim-kardioloq olan Rafiq Tağı həkimliklə bərabər ictimai rezonans doğuran, ciddi polemikaya səbəb olan yazılar da yazıb. Yazıçının qələmindən 500-dən artıq hekayə çıxıb, bu kitab Rafiq Tağının 1991-ci ildə kiril əlifbasıyla nəşr olunmuş "Pozitiv. Neqativ." hekayələr kitabının latın əlifbasıyla 2-ci nəşridir. Rafiq Tağı yaradıcılığından oxuduğum "Keçmişə yaxın yer" kitabında 47 hekayə yer alır. Yazılarına görə həbs həyatı yaşayan, təzyiqlərə məruz qalan, 2006-cı ildə nəşr olunan "Avropa və biz" məqaləsindən sonra iranlı ayətullah Fazil Lənkərani tərəfindən haqqında ölüm fətvası verilib. 2011-ci il noyabrın 19-da naməlum şəxslər onu evinin qarşısında bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan Rafiq Tağı əməliyyat olunsa da onun həyatını xilas etmək mümkün olmayıb, noyabrın 23-də vəfat edib.
Keçmişə Yaxın Yer
Keçmişə Yaxın YerRafiq Tağı · Alatoran Yayınları · 20147 okunma