Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Keçmişə Yaxın Yer

Rafiq Tağı

Keçmişə Yaxın Yer Sözleri ve Alıntıları

Keçmişə Yaxın Yer sözleri ve alıntılarını, Keçmişə Yaxın Yer kitap alıntılarını, Keçmişə Yaxın Yer en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Reklam
"Keçmişə yaxın yer" hekayəsindən
İndiyəcən nə qədər məskən dəyişmişəmsə, hamısında da adamlarla ayrılığa sevinmişəm. Ayrıldıqca onları asanca da unudurdum.
Sayfa 49 - AlatoranKitabı okudu
"Günlü bağ" hekayəsindən
Adam ölən kimi hörmətə minir: onu söymürlər, danlamırlar, hətta başlayırlar sevməyə — unudulanacan.
Keçmişimin iri iri dalğaları gəlib buradakı boş günlerimi doldurur, geri qayıdanda məni də özüylə aparmaq istəyir.
Reklam
"Qədim kitab" hekayəsindən
Teatra nə ehtiyac, dəfnlər elə melodramatik tamaşalardır - ümumi süjet məlum olsa da, məzmun ayrıdır.
"İtdən yaxşı hürən" hekayəsindən
- ...Heç kəs bilmir ki, qatil kimisə öldürürsə, öz daxilində də vurub özünü öldürür, sonra da içində cəsəd olan tabut kimi gəzir.
Sayfa 45 - AlatoranKitabı okudu
"Qədim kitab" hekayəsindən
Həyat qədim kitab kimi qəşəng tərtib edilib: əvvəli də, sonu da yoxluqla naxışlanıb.
Reklam
"Keçmişə yaxın yer" hekayəsindən
Üzləri, bəzən adları yadda qalsa da, adam adamı axtarmırsa, demək, unudub.
"Günlü bağ" hekayəsindən
"Qəfləti ölüm lotereya kimi bəxtəbəxt şeydir".
Sayfa 21 - AlatoranKitabı okudu
"Qədim kitab" hekayəsindən
Sağ qalmaq bəxt gətirməsi sayılarsa, onun bəxti gətirdi; sanki bəxti gətirməyəcəyi günü görmək üçün bəxti gətirdi - onun həyatda nə qədər ki, bəxti gətirmədiyi gün olmuşdu, onlardan yalnız axırıncısı qalırdı.
"Divanə" hekayəsindən
Onunku bəzəksiz nimçələrdi. Bəzək qiyməti artırmaq üçün bir fənddir. O ki qaldı estetikaya, yalan sözdür, yemək qarına estetik, ya qeyri-estetik - eyni yolla gedir.
"Qədim kitab" hekayəsindən
İnsan doğulanda ölümü də doğulur; ölüm əvvəl uşaq olur, sonra cavanlaşır (ancaq heç vaxt evlənmir), axırda qocalır.
26 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.