Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Kişisiz Ev

Heinrich Böll

Kişisiz Ev Gönderileri

Kişisiz Ev kitaplarını, Kişisiz Ev sözleri ve alıntılarını, Kişisiz Ev yazarlarını, Kişisiz Ev yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Vilmadan kiminlə yatmaq istədiyini soruşanda o, qardaşına tərəf qaçdı. Haynrix sevincdən pörtdü.
Sayfa 315Kitabı okudu
Atası barədə fikirləşəndə kədərləndi. Çox cavan yaşında uzaqlarda həlak olmuşdu, gülümsəyirdi, ağzında qəlyan vardı, hansısa bir sözü demək iqtidarında deyildi.
Sayfa 200Kitabı okudu
Reklam
"Spirited away"-dəki həmin səhnə
Buğlanan boşqablar, sümüklərin - uşaq sümüklərinin şaqqıltısı, gözə oxşayan qan-piy qarışığı, arıq qarınquluların tamahkarlıqla parıldayan gözləri, kök qarınquluların qan daman sifətləri... Xidmətçilər də elə hey bir ucdan yemək gətirirdilər. Onlar kəsilmiş, "parça-parça edilmiş" uşaqları bufetdən stollara daşıyırdılar. Yeməkləri hələ gəlməyənlər acgözlüklə xidmətçilərin yolunu gözləyirdilər.
Sayfa 147Kitabı okudu
Nella kresloda oturub, gözlərini uzaq bir nöqtəyə zilləmişdi. Hərdən Albertə elə gəlirdi ki, o, yaranışından bəri burada oturur, əbədiyyətin özü qədər də oturacaq və "əbədiyyət" sözündə də onun bütün mənalarını, bütün siqlətini nəzərdə tuturdu. Tüstü ilə dolu otaqda yaşıl kresloya çöküb siqaret çəkir, uzaq bir nöqtəyə baxırdı. Qəhvə dəmlənmiş və isti qalması üçün qəhvədanı köhnə bir papağın altına qoymuşdu. Papağı qaldıranda Albertə elə gəldi ki, yaşıl rəngli qəhvədan bu otaqda yeganə əşyadır ki, təzə-tər görünür, çünki hər şey, hətta qonaqların gətirdiyi güllər də siqaretin tüstüsünə bələnmişdi, bəzilərinin heç kağızı da açılmamışdı, dəhlizdəki stolun üstünə atılıb qalmışdılar.
Haynrix üçün hər şey yavaş-yavaş aydınlaşmağa başladı. Sanki dərinliyi bilinməyən suyun üzərindəki nazik buz qatının üstü ilə gedirdi. Buz hələ qırılmamışdı, kömək də vardı, hamı təbəssümlə kənarda dayanıb gözləyirdi ki, buz qırılan kimi suya atılsın. Ancaq bu heç nəyi dəyişmirdi, buz nə vaxtsa qırıla bilərdi, suyun dərinliyi isə bilinmirdi.
Tutqun şüşədən həyətə baxdı. Bir çərçi öz arabasına portağal yükləyirdi. Qutudan götürdüyü portağalların irilərini sağ, xırdalarını isə sol tərəfə yığırdı. Sonra xırdaları arabanın içinə düzdü, iriləri də onların üstünə yığdı. Axırda ən irilərini düzdü və baxımlı bir piramida alındı. Balaca, kök oğlan boş qutuları zibil qabının yanına yığdı. Orada - divarın kölgəsində çürümüş limonlar vardı. Mövsümi rənglərin kollajı oğlanın qırmızı yanaqlarına bənövşəyi kölgə salırdı.
Reklam
O gözəl filmin dörddən üçü çəkilmişdi, göstərilməyi qalmışdı ki, kəsildi, anbara atıldı, indi gərək onu parça-parça oradan tapıb çıxaraydı. Xəyallar puç olub getdi... Baş qəhramanı qırağa tulladılar, qalanları - onu, uşağı, Alberti yenidən mənasız-məzmunsuz bir filmdə çəkilməyə məcbur etdilər. Prodüser iki saatlığa balaca bir hökm sahibini içəri buraxdı, filmin qalanının necə çəkiləcəyini də o müəyyənləşdirdi. "Baş qəhraman rədd olub getsin!"
Sıravi əsgər və şair... Bir-biri ilə heç uyuşmayan şeylər... Brilaxın atası əvvəlcə feldfebel, sonra çilingər olmuşdu. O biri oğlanların ataları mayor - direktor, kiçik zabit - mühasib, baş çavuş - redaktor olmuşdular. Ancaq heç birinin atası sıravi əsgər - şair olmamışdı.
Qlum qaranlıqda uzun-uzadı dua edir, ayağa duranda dəmir çarpayısı cırıldayırdı. Bu, o mənaya gəlirdi ki, saat düz 11-in yarısıdır.
320 syf.
7/10 puan verdi
Bu kitabı, əslində, guya bazar günü olacaq kitab müzakirəsi üçün oxumağa başlamışdım, amma o yalan oldu; o vaxta oxuyub qurtarmadım, müzakirə qaldı. Bu Haynrix Böll yaradıcılığından oxuduğum ikinci kitab idi və bəyəndim. Bu spoilerdir, yoxsa yox, bilmirəm, amma kitabın bir plot-u yoxdur və qurtaranda bir az deyindim ki, "yaxşı, bəs bundan sonrası?"; amma sonra su içdim, özümə gəldim və başa düşdüm ki, bu kitabın plot-u olsaydı, elə əsl mənasızlıq orda olardı. Çünki yazıçının burda əsas məqsədi sadəcə həmin dövrün hadisələrindən bir fraqment göstərməkdir. Və bunu doğurdan yaxşı edir. Müharibənin təsiri və fərqli sosial təbəqələrin bu sonrakı dövrlərlə yaşamaq cəhdi, qadınlara olan baxış, "dayı"-lar və "əxlaqsızlıq", film təsvirləri, ümumiyyətlə, təsvirlər. Məncə, tərcümə də yaxşı idi, bəzi yerlərdə ilk dəfə gördüyüm sözlərə də rast gəlirdim, artıq nə qədər düzdürlər, orasını bilmirəm. Kitabın bir adının tərcüməsindən xoşum gəlmədi, məncə, türkcə "Atasız ev" versiyası daha yaxşı idi orginal formasından tərcümədə. Bir də başlarda Nellanın bir hissəsi var idi, oranı film səhnəsi kimi görmək istəyərdim. Son dəfə, bir də, o dondurma kafesini də görmək istəyərdim. O kafe haqqında təsvirlərin olduğu yerə yazdığımı bura yazıram: " Dondurma kafesi mənim üçün Greta Gerwig-in 'Barbie'-si, Sofia Coppola-nın, 'Virgin Suicides-ı', Wes Anderson-un 'The Great Budapest Hotel'-idir."
Kişisiz Ev
Kişisiz EvHeinrich Böll · Teas Press · 2019230 okunma
Reklam
Bəzən bu gülüşdən kədər yağırdı, ancaq yenə də gülürdü.
Sayfa 53
Müharibə dramatik səhnələr üçün həmişə əlverişli olub, çünki onun arxasında çox böyük məfhumlar gizlənir. Məsələn, ölüm kimi! Bütün hadisələr onun ətrafında cərəyan edir, gərginləşir,barabanın dərisi kimi tarıma çəkilir,guruldayır.
Bütün qadınlara başa salmaq lazımdır ki, xəstə kişilərlə ərə getsinlər, çünki onları əsgər aparmırlar.
Kino gözəl şey idi,ora yaxşı,isti olurdu. İcəridəkilər bir-birini görmürdü,bir-biri ilə danışmırdı. Başqa yerdə görə bilmədiyin işi orda görürdün: UNUDURDUN
Sayfa 83 - VilmaKitabı okudu
Sinfə təzə oğlan gələndə müəllim deyirdi: atasını müharibədə itirib. Bunu o tərzdə deyirdilər ki, elə bil həmin uşaq çətirini haradasa qoyub gəlib, ya da qəpik itirib.
Sayfa 125 - MartinKitabı okudu
577 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.