Kitab Yüklü Eşşək sözleri ve alıntılarını, Kitab Yüklü Eşşək kitap alıntılarını, Kitab Yüklü Eşşək en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Mənim əziz ağam cənab aliyə məlumdur ki, eşşək ilə öküz arasında istər zahiri cəhətdən və istərsə xasiyyət etibarilə çox fərq vardır. Lakin bir sıra gözəl sifətlərdə hər iki cins bir-birinə oxşarsız da deyildir, o cümlədən xeyirxahlıqda bir otlaqda çoxlu uzunqulaq ilə qaramal bir-birinə o qədər də əzab-əziyyət yetirmədən otlayır. Cənab ali, insafla deyiniz ki, bir stulda iki nazirin əyləşməsi və yaxud bir məmləkətdə iki əmirin hökmranlıq etməsi mümkündürmü? Nəfsin əsiri, ehtiras və tamahkarlığın düşkünü olan yaranmışların an şərəflisi sizlər öz ləyaqətsizliyinizlə bərabər lovğalığın şiddəti üzündən dünyəvi məsələlərdə həmişə mücərrədlik və tənhalıq axtarırsınız.