Kitab Yüklü Eşşək

Mirzə Əbdürrəhim Talıbov

Sözler ve Alıntılar

Tümünü Gör
Mənim əziz ağam cənab aliyə məlumdur ki, eşşək ilə öküz arasında istər zahiri cəhətdən və istərsə xasiyyət etibarilə çox fərq vardır. Lakin bir sıra gözəl sifətlərdə hər iki cins bir-birinə oxşarsız da deyildir, o cümlədən xeyirxahlıqda bir otlaqda çoxlu uzunqulaq ilə qaramal bir-birinə o qədər də əzab-əziyyət yetirmədən otlayır. Cənab ali, insafla deyiniz ki, bir stulda iki nazirin əyləşməsi və yaxud bir məmləkətdə iki əmirin hökmranlıq etməsi mümkündürmü? Nəfsin əsiri, ehtiras və tamahkarlığın düşkünü olan yaranmışların an şərəflisi sizlər öz ləyaqətsizliyinizlə bərabər lovğalığın şiddəti üzündən dünyəvi məsələlərdə həmişə mücərrədlik və tənhalıq axtarırsınız.
Sayfa 38
Reklam
"Nəfsin əsiri sizlər həmişə dünyəvi məsələlərdə tənhalıq axtarırsınız".
Xilqətdə sizlərdən heç birinin digərindən üstünlüyü yoxdur. Cahan padşahı olanla çox yoxsul həyat sürən bərabər yaranmışdır.
Bəli, müstəbihlərin və zalımların işi belədir. Qarşı tərəfi aciz gördükdə ona daha artıq hücuma keçirlər.
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.