Koralina

Neil Gaiman

Koralina Gönderileri

Koralina kitaplarını, Koralina sözleri ve alıntılarını, Koralina yazarlarını, Koralina yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
IV
– Lütfən, söylə, sənin adın nədir? – o, pişikdən soruşdu. – Mənim adım Koralinadır. Pişik tənbəlcəsinə əsnəyərək özünün qeyri-adi dərəcədə çəhrayı dilini Koralinaya göstərdi. – Pişiklərin adı olmur, – o, cavab verdi. – Necə yəni? – Koralina sual etdi. – Elə-belə, – pişik cavab verdi. – Sizdə, adamlarda var bu adlar. Hamısı da ona görə ki, siz özünüz də kim olduğunuzu bilmirsiniz. Bizsə bilirik və buna görə də bizə ad-zad gərək deyil.
Sayfa 43 - QANUN nəşriyyatı, 2019
IV
Mən – elə mənəm. O, başını əydi, yaşıl gözləri sirli şəkildə işıldayırdı. – Adamlar daim özlərini ora – bura vurur, eyni vaxtda hər yerdə olmağa çalışırlar. Biz pişiklər özgə cürük. Biz özümüzə sadiqik. Əlbəttə, mənim nə dediyimi anlayırsansa.
Sayfa 41 - QANUN nəşriyyatı, 2019
Reklam
II
Dumana bürünmüş dünya xəyali bir aləm kimi idi.
Sayfa 29 - QANUN nəşriyyatı, 2019
II
Koralinaya maraqlı gəldi ki, nədən onun rastlaşdığı böyüklərin az qala hamısı hansısa mənasız şeylərdən danışır. Onu nə hesab edirlər?
Sayfa 28 - QANUN nəşriyyatı, 2019
II
Mübahisələrinin heç bir mənası yoxuydu və Koralina qət elədi ki, bu mübahisədə hər birinin müəyyən əsasları var. Kreslo kimi elə köhnə və rahat arqumentləri var idi ki, onlarla razılaşmaq, ya da mübahisə eləmək olmazdı. Elə daimi arqumentlər ki, hər ikisinin istədiyi vaxta qədər mövcud olacaqdı.
Sayfa 26 - QANUN nəşriyyatı, 2019
Mən hər şeyi əldə eləmək istəmirəm. Heç kim bunu istəmir. İstədiyim hər şeyi alacamsa, bunun nə sevinci?
Sayfa 119Kitabı okudu
Reklam
1.000 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.