Paris Nüsxəsi

Koroğlu

Kolektif
Boyun sonu mütləq toy busatla bitməli idi :D
Üç igidin, üç gözəlin toyu quruldu. Eyvazın toyu təzələnmişdi, Zərqələm də, Qəssab Alı da dinə-imana gəlmişdilər. Koroğlu bu toyları elə başladı, qırx gün elə şənlik oldu ki, Çənli-beldə hələ ruzigarın gözü belə şənlik, belə şaddıx, belə toy-busat görməmişdi. Subaylarınıza qismət olsun belə toylar, mənim əzizdərim!
Sayfa 445
Düşmən qəfil hücum çəksə, İgid gözün silsin gərək! Başı bədəndən getməmiş Ata minə bilsin gərək!
Sayfa 384
Şiir
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Çox bəyəndim bu bəndi
Comərd igid heç qaçarmı meydandan? Qılınc çəkib hayıf alaq düşmandan, Qorxaq kəslər boyun əyib pünhandan Sinilib xəlvətdən baxan gündü bu.
Sayfa 359
Şiir
Aydaa )))
İndi qorxusunnan gözünü qırpmırdı ki, yuxum dəyişər.
Sayfa 402
Alıntı
Koroğlu yaman bəd haldaydı. Dərdinnən, qəminnən, hirsinnən-hikkəsinnən huşu özündə döyüldü. Nərə təpdi ki, şəhərə od vurun. Dəli Həsən şəhərin ağsaqqallarıynan irəli yeridi ki, bəs şəhər əhlinin nədi günahı? Koroğlu yuxudan ayılan kimi olub özünə gəldi. Ağsaqqalların qabağında diz çöküb üzr istədi..
Sayfa 392
Alıntı
Dastanın sonu :,)
Bu sözü eşidəndə bütün dəlilər nərə çəkdilər. Atlar kişnədi, bədöylər oynadı. Qırat qızmış pələng kimi iki dal ayaqları üstündə qalxıb elə bir şeyhə çəkdi ki, dağ-daş titrədi. Hamısı bir yerdə təzədən Çənlibelə çəkildilər...
Sayfa 458
Alıntı