Kreml Rəhbərlərinin Psixoloji Portretləri

Adıgözəl Məmmədov

Sözler ve Alıntılar

Tümünü Gör
Əslində isə o, ölkə ərazisində müharibəyə çevrilən milli münaqişələrin "qaynar nöqtələri"ni yaratdı. 1990-cı ildə Bakıya da qoşunları məhz Qorbaçov yeritdi. 1990-cı ilin 20 Yanvar gecəsində Qorbaçovun əmrini yerinə yetirərkən, sovet ordusu qoşunları silahsız Bakı əhalisinin qanını tökdürdü.
Əslində Leninin beyninin nə ilə iflic olunduğunun sirri Moskvadakı beyin institutunun divarları arasında gizli saxlanılır.
Reklam
M.Ə.Rəsulzadə öz xatirələrində qeyd edir: "İ.V.Stalin Bakıda inqilabi hərəkət zamanı neftçi işçilərə rəhbərlik edir. Neft sahibklarıarının göstərişi ilə onu diri-diri neft dəryaçasına atmağa hazırlaşırdılar. Mənim sayəmdə bu baş vermir. Sonra isə Bayıl zindanından qaçdıqda ona "Hümmət" təşkilatından yardım edirlər." 1920-ci ilin aprel ayının 28-dən Azərbaycan Demokratik Respublikasının süqutundan sonra M.Ə.Rəsulzadə Lahıc dağlarında gizlənirdi. Bir müddət sonra onu bolşeviklər yaxalayır. Bu vaxt Stalin öz zirehli qatarında Bakıya gəlir, bunu öyrənir və tələb edir ki, onu azad etsinlər. O, Rəsulzadəni əziz qonaq kimi qarşılayır və Moskvada məsuliyyətli bir posta dəvət edir. Sonra Rəsulzadə Fin körfəzindən Finlandiyaya keçir və gizli surətdə Polşaya qaçır. O qeyd edir ki: "Stalin məni xilas etməklə kişi kimi mənə, o vaxt onu xilas etməyimin əvəzitək təşəkkür edirdi. Lakin mən əminəm ki, əgər orada qalsaydım, o məni də yox edərdi."
Hitlerin həyatındakı əsas qadın, heç şübhəsiz, Yeva Brauna olmuşdur. Yeva fürerin sevimlisi Otto Skorseniyə deyirdi: "Hitler mənim yaxşı at çapmağımı bildiyi üçün, məni soyunuduraraq belinə mindirir, onu çapmağı məcbur edir". Ən mararlısı isə budur ki, o bundan həzz alırdı.
V.V.Putin:
"Biz terrorçuları hər yerdə təqib edəcəyik. Əgər, üzr istəyirəm, tualetdə də tutsaq, elə orada da isladacağıq."
V.V.Putin:
"Dövlətin birinci adamlarının sızıldamağa və şikayət etməyə ixtiyarları yoxdur. Əgər ağlasalar, bu süni ağlamaq olacaq."
Reklam
...bu əsərlərin müəllifi ali təhsilə malik deyildi. Ona görə də siyasi liderlərin rəqiblər üzərində qələbə qazanması düşüncə səviyyəsindən, emosional vəziyyətdən, zehnin inkişaf səviyyəsindən aslıdır.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.