Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Leyla İle Mecnun

Nizami Gəncəvi

Leyla İle Mecnun Sözleri ve Alıntıları

Leyla İle Mecnun sözleri ve alıntılarını, Leyla İle Mecnun kitap alıntılarını, Leyla İle Mecnun en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Beş günlük dünyanın mənzilində sən Çox rahatlanma ki, zillət çəkəsən. Qoy bilsin bu kənddə mənzil tikənlər Yoxdur bu aləmdə dinclikdən əsər. Ölməz can qurtaran bu daş hasardan Onunçun ölmüşdür bu dünya, inan. Mələk surətində bir divdir aləm. Səni məhv etməyə çalışır hər dəm.
Eşqinə sadiqəm, yolunda dustaq, Dərdinə şərikəm, qəminə ortaq. Yanına gəlməyim olmadı mümkün, Başqa şərtlərisə görmüşəm bütün: Vücudum ayrısa sənin yanından, Ruhum ayrılmamış yanından bir an
Reklam
Leyli söylədi ki: "Günahkar mənəm, Bil, mənim qəmimdir o çəkdiyi qəm. Mən də bu qüssədən deyiləm kənar, Ancaq, dərd çəkməkdə bir fərqimiz var: Məcnun dağ başında ah çəkir bu dəm, Mən quyu dibində nalə çəkirəm".
Yazdığın hər şeiri oxuyub müdam, Əzbərdən öyrənib yadda saxlaram. Gözəl sözlərini dedikcə əzbər, Könlümün qəmləri dağılıb gedər..
Hardasan, ey mənim dərdimə dərman? Nə üçün can almaq xəyalındasan? Şikəstə könlümün nədir pənahı? Səni sevməkmidir onun günahı?
Kim bilir, yarımın halı necədir? Kimin kitabını oxuyur mənsiz?
Reklam
Sözün də su kimi lətafəti var, Hər sözü az demək daha xoş olar. Bir inci saflığı varsa da suda, Artıq içiləndə dərd verir su da. Inci tək sözlər seç, az danış, az din, Qoy az sözlərinlə dünya bəzənsin. Az sözün inci tək mənası solmaz, Çox sözün kərpic tək qiyməti olmaz. Əsli təmiz olan saf mirvarılar Suya və torpağa min bəzək vurar. Mədənlə dolsa da hər bir xəzinə, Hər kiçik zərrəsi dərmandır yenə. Ürəyi oxşayan bir dəstə çiçək Yüz xırman otundan yaxşıdır gerçək! Yüz ulduz yansa da göylərdə, inan, Bir günə baş əymək xoşdur onlardan. Göydə parlasa da nə qədər ıldız, Günəşdir nur verən aləmə yalnız.
İlan tək dikbaşlı gəzmə, ey insan! Aşacaq dünyanın seli başından. Yeddi başın olsa, əjdəhalar tək, Onun yeddisi də yerə düşəcək. Çox da yüksəkliyə ucalma ki, sən Torpağa düşəndə inciməyəsən. Nə qədər alçaqdan yıxılsa adam, O qədər ağrısı az olur müdam
Ölüm ki, səndəndir nə qüssə, nə qəm, Qoy ölüm, ölümdən mən dad çəkmərəm. Hərçənd ki dünyada ölüm gerçəkdir, Ölüm, ölmək deyil, yer dəyişməkdir.
Özümü hər sayda heç bilirəm mən, Heçə bənzəyirəm bu heçkəslikdən...
856 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.