Nizaminin poeması bu həqiqəti sübut edir ki, zaman insana ziddir. Lakin insan zamana qalib gələcək. Qurbanlar, faciələr hesabına olsa da, insan dünyanı insaniləşdirəcək, zamanı dəyişdirəcək, zaman özü də dəyişəcəkdir. Həyatın və təbiətin öz dialektikası var; xərabə olan abad olacaq, pis olan yaxşılaşacaq.