Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Lənətə Gələnlər

Rövşən Yerfi

En Eski Lənətə Gələnlər Sözleri ve Alıntıları

En Eski Lənətə Gələnlər sözleri ve alıntılarını, en eski Lənətə Gələnlər kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Çanaq həmişə olduğu kimi, kasıbın başında çatlayırdı.
İnanırdı ki, kasıb balalarının qanı hesabına mənsəb, vəzifə, varidat qazanan nanəciblərdən, xalqına xəyanət edənlərdən gec-tez bir gün torpaq öz qisasını alacaqdı.
Reklam
Qızı ki, erkən vermədin, qaldıqca qalır, yalan sözdü qızıla dönməyi.  :)
Şəhidlərin anaları ilə hər dəfə rastlaşanda, onların dərdli gözlərinə baxmağa utanırdı. Oğlunu yad ölkədə saxlatdırıb cəbhədən yayındırmasına görə bir anlığa qəlbinin dərinliyində vicdan əzabı çəkirdi. 
Həyat ki, belə çətinləşmişdi, bu gündən sabaha ümid qalmamışdı.
 Mən də heç olmasa ölən vaxtımda bir gün  görərəm, gözü yolda ölmərəm…
Reklam
Uşaqlar üst-başlarını dəyişib, bağçadakı meyvələrə girişdilər. Daim üzücü, cansıxıcı görünən ev-eşik birdən-birə sanki, ətə-cana dolmuş, yaraşıqlaşmışdı Çəməngülün gözlərində: - Allah sizə kömək olsun, gəlib evimi, canımı kimsəsizlikdən qurtardız!
- Bəs bunlara dilimizi öyrətməmisən?  Zəifsən...
Ölümünü gözləməkdən savayı nə  edəbiləcəkdi? 
Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı”, nə qədər doğru fikir imiş,
Reklam
Öz obasında, torpağında ölərsə onu xatırlayan olacaqdı, oğulları böyüyüb xatirəsini yaşadacaq, ata mülkünə sahiblik edəcəkdilər. Burda, yadlar içində isə  unudulacaqdı, uşaqları da onun yox, özgə  millətin oğullarına çevriləcəkdilər. Belə günahlarla dolu həyatın belə də sonluğu  olmalı idi.
Yubanmadan olanlara tövbə edib öz torpağına, əvvəlki həyatına, əxlaqına  qayıtmalı idi. Şərəfsiz ölüm arzulamırdı  özünə. Bəlkə, Allah yurduna dönüşünə görə günahlarını bağışlayıb, ondan adi insan ömrünü əsirgəməyəcəkdi? 
“Ay balam, mən vəzifə istəmirəm ki, rüşvət  verəm, hamballığa da rüşvət?”
- Qurban olum sizə, bu bədbəxtə iş tapın, bir yana çıxsın. Yazıqdı, ailəsi, balaları var. Evdə Aynanın qınağından yorulan Əhməd qaynanasının qarşısında and-aman edirdi: - Xala, vallah-billah, dəfələrlə iş yeridemişəm, hərəsinə bir bəhanə edir, qulp qoyur. Canım üçün bunun işləməyə könlü, həvəsi yoxdur. İstəsə, baxmaz pisə, yaxşıya işləyər. Bir işə deyir pulu azdı, o birisinə deyir gücüm çatmaz, digərinin yeri uzaqdı.
25 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.