Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Lənətə Gələnlər

Rövşən Yerfi

En Yeni Lənətə Gələnlər Sözleri ve Alıntıları

En Yeni Lənətə Gələnlər sözleri ve alıntılarını, en yeni Lənətə Gələnlər kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Ancaq,həyat heç də həmişə şirin olmurdu.Allah şirini yaradanda acını da unutmamışdı.Bəndəsinin yaradanından nə istədiyini anlaması,ayırd edib şükür etməsi üçün.
Sayfa 112Kitabı okudu
Həyatda özünə nələr arzulamışdı... Çox heyflər ki, o arzuları daha tamamilə puç olmuşdu. 
Reklam
Ağsaqqallar isə əfsanəyə dönüb nağıllarda qalmışdı,  :(
Kasıb yaşadıqları üçün qohum-əqrəbadan aylarla gəlib-gedən yox idi. Burada insanlar bir-birini sevmirdilər. Əksəriyyəti qeyri-ciddi və məsuliyyətsizdir. Maraqları toqquşan kimi kimliyinə baxmayaraq bir-birilərinin qəniminə çevrilirdilər. 
Reklam
Heç kim də bundan ötrü nə utanmır, nə əzab çəkmir. Əksinə, hünər, fəxr,  qabiliyyət hesab edilir. Təmiz, vicdanlı yaşayana maymaq, əfəl kimi baxırlar.
mənim kimi vətəni üçün darıxardı. Həmişə deyərdi ki, xalqını və torpağını qiymətləndirməyi bacarmayanlar, haqqı unudub təkcə cəmdəkləri üçün yaşayanlar Allah tərəfindən lənətlənmiş olurlar. 
- Qurban olum sizə, bu bədbəxtə iş tapın, bir yana çıxsın. Yazıqdı, ailəsi, balaları var. Evdə Aynanın qınağından yorulan Əhməd qaynanasının qarşısında and-aman edirdi: - Xala, vallah-billah, dəfələrlə iş yeridemişəm, hərəsinə bir bəhanə edir, qulp qoyur. Canım üçün bunun işləməyə könlü, həvəsi yoxdur. İstəsə, baxmaz pisə, yaxşıya işləyər. Bir işə deyir pulu azdı, o birisinə deyir gücüm çatmaz, digərinin yeri uzaqdı.
Reklam
“Ay balam, mən vəzifə istəmirəm ki, rüşvət  verəm, hamballığa da rüşvət?”
Yubanmadan olanlara tövbə edib öz torpağına, əvvəlki həyatına, əxlaqına  qayıtmalı idi. Şərəfsiz ölüm arzulamırdı  özünə. Bəlkə, Allah yurduna dönüşünə görə günahlarını bağışlayıb, ondan adi insan ömrünü əsirgəməyəcəkdi? 
Öz obasında, torpağında ölərsə onu xatırlayan olacaqdı, oğulları böyüyüb xatirəsini yaşadacaq, ata mülkünə sahiblik edəcəkdilər. Burda, yadlar içində isə  unudulacaqdı, uşaqları da onun yox, özgə  millətin oğullarına çevriləcəkdilər. Belə günahlarla dolu həyatın belə də sonluğu  olmalı idi.
Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı”, nə qədər doğru fikir imiş,
25 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.