Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Lənətə Gələnlər

Rövşən Yerfi

En Eski Lənətə Gələnlər Sözleri ve Alıntıları

En Eski Lənətə Gələnlər sözleri ve alıntılarını, en eski Lənətə Gələnlər kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı”, nə qədər doğru fikir imiş,
Öz obasında, torpağında ölərsə onu xatırlayan olacaqdı, oğulları böyüyüb xatirəsini yaşadacaq, ata mülkünə sahiblik edəcəkdilər. Burda, yadlar içində isə  unudulacaqdı, uşaqları da onun yox, özgə  millətin oğullarına çevriləcəkdilər. Belə günahlarla dolu həyatın belə də sonluğu  olmalı idi.
Reklam
Yubanmadan olanlara tövbə edib öz torpağına, əvvəlki həyatına, əxlaqına  qayıtmalı idi. Şərəfsiz ölüm arzulamırdı  özünə. Bəlkə, Allah yurduna dönüşünə görə günahlarını bağışlayıb, ondan adi insan ömrünü əsirgəməyəcəkdi? 
“Ay balam, mən vəzifə istəmirəm ki, rüşvət  verəm, hamballığa da rüşvət?”
- Qurban olum sizə, bu bədbəxtə iş tapın, bir yana çıxsın. Yazıqdı, ailəsi, balaları var. Evdə Aynanın qınağından yorulan Əhməd qaynanasının qarşısında and-aman edirdi: - Xala, vallah-billah, dəfələrlə iş yeridemişəm, hərəsinə bir bəhanə edir, qulp qoyur. Canım üçün bunun işləməyə könlü, həvəsi yoxdur. İstəsə, baxmaz pisə, yaxşıya işləyər. Bir işə deyir pulu azdı, o birisinə deyir gücüm çatmaz, digərinin yeri uzaqdı.
mənim kimi vətəni üçün darıxardı. Həmişə deyərdi ki, xalqını və torpağını qiymətləndirməyi bacarmayanlar, haqqı unudub təkcə cəmdəkləri üçün yaşayanlar Allah tərəfindən lənətlənmiş olurlar. 
Reklam
Heç kim də bundan ötrü nə utanmır, nə əzab çəkmir. Əksinə, hünər, fəxr,  qabiliyyət hesab edilir. Təmiz, vicdanlı yaşayana maymaq, əfəl kimi baxırlar.
25 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.