Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Məcburiyyət

Stefan Zweig

Məcburiyyət Gönderileri

Məcburiyyət kitaplarını, Məcburiyyət sözleri ve alıntılarını, Məcburiyyət yazarlarını, Məcburiyyət yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Və sizlər qorxaq olduğunuz müddətcə onların gücü həmişə olacaqdır..!
- Hüquq! Hüquq! Görən, dünyanın harasında hüquq var?! İnsanlar onu çoxdan məhv ediblər. Hər kəsin özünə görə hüququ var, onlarınsa hakimiyyəti, gücü var və indi əsas olan da budur, vəssalam.
Reklam
Sonu ölüm olan bir qanunu mən tanımıram. İdeologiya siz kişilərin hamısının başını xarab edib, sizi yalnız siyasət və əxlaq maraqlandırır. Vətənin nə demək olduğunu mən çox yaxşı başa düşürəm, ancaq onun bu gün nə olduğunu da bilirəm: ölüm və köləlik.
88 syf.
10/10 puan verdi
·
18 saatte okudu
Stefan qələmindən oxuduğum 11 ci kitabdı.“Bu məcburiyyətə boyun əydiyi üçün özünü nədənsə çiyinlərindən yük götürülmüş kimi hiss etdi...” Köləlik və Azadlığın mübarizəsi.. Daxildəki ən incə tellərə belə toxuna bilən bir kitab.O qədər maraqlı idi ki.Dəhşət. Stefan bu əsərinə “Qaçaq” adını qoyacaqmış,lakin son anda “Məcburiyyət”qoymağa qərar
Məcburiyyət
MəcburiyyətStefan Zweig · Parlaq İmzalar Nəşriyyatı · 202061,8bin okunma
Hüquq!Hüquq!Görən,dünyanın harasında hüquq var?!İnsanlar onu çoxdan məhv ediblər.Hər kəsin özünə görə hüququ var,onlarınsa hakimiyyəti,gücü var və indi əsas olan da budur,vəssalam.
Artıq əlimizdən heç nə gəlmir!Taledən qaçmaq mümkün deyil.Mən müqavimət göstərməyə çalışdım.Alınmadı.
Reklam
Sən özünü nifrət etdiyin şeyə fəda edirsən,həyatını qurban verirsən.Ondansa sevdiyin şey üçün mübarizə apar.Öz əqidən uğrunda qanını tök-bax onda deyərəm əla!
Əgər sən bacarmırsansa,mən bacararam!Sən zəifsənsə,mən zəif deyiləm.
Mən heç vaxt qəti qərar verməmişəm!Mən heç vaxt əmin olmamışam.
Reklam
Mən öz azadlığımdan başqa heç nə istəmirəm.
Ferdinand rəssamdır, müharibəyə görə ölkəsini tərk edərək İsveçrəyə sığınıb. Bu sakit, qansız-qadasız ölkənin füsunkar təbiətində öz yoldaşı, palitra va fırçası ilə xoşbəxt həyatını sürür. Qəfil bir gün eyvanda poçtalyonun onların evinə tərəf gəldiyini görür. Bütün bədəninə əsməcə düşür. Bəli, qorxduğu başına gəlir - müharibəyə aparılmaq üçün yenidən tibbi müayinədən keçməyə dəvət olunur. Ferdinand dilemma qarşısında qalır: əqidəsinə sadiq qalıb müharibəyə getməsin, yoxsa iradəsinin əksinə davranaraq vətənini bu dar günündə tək qoymasın? Yoldaşı Paula da bir qadın dəyanəti ilə onu müharibəyə getməkdən çəkindirir, öz azadlığını əldən verməməsini istəyir. Bu isə Ferdinandı daha da çətin vəziyyətə salır. Qatı müharibə əleyhdarı olan Svayq "Məcburiyyət" novellasında bir daha mücərrəd, qarmaqarışıq insan psixologiyasını sərrast, ekspressiv cümlələrlə ifadə edərək onu kağız üzərində təcəssüm elətdirir.
Və buna görə də özünün rəzil bir cani olduğunu bilir və qəlbinin bütün gücü ilə özünə nifrət edirdi. Özünə ona görə nifrət edirdi ki, hələ də təslim olmamışdı. Hər gün Allaha yalvarırdı ki, ona qüvvət versin, məhv olmaqdan xilas etsin.
Sayfa 57 - Yevgeni İrtenevKitabı okudu
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.