Məhəbbət İksiri

Muhammed Reyşehri

Məhəbbət İksiri Gönderileri

Məhəbbət İksiri kitaplarını, Məhəbbət İksiri sözleri ve alıntılarını, Məhəbbət İksiri yazarlarını, Məhəbbət İksiri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
«Əgər bu stəkandakı çayı Allahın razılığı üçün içsən, sənin qəlbin ilahi nurla nuraniləşər. Amma əgər nəfsin ləzzəti üçün içsən, elə istədiyin şey olacaqdır».
Sayfa 140Kitabı okudu
Şeyxin tərbiyəvi məktəbində dərs alan bir şəxs hər hansı bir işi yerinə yetirməmişdən əvvəl düşünməlidir: Əgər o iş qanunsuz bir işdirsə, Allaha görə tərk edilməli, qanuna uyğun və nəfsani meyllərə müxalifdirsə, Allah üçün yerinə yetirilməlidir. Əgər qanuni iş olub nəfsin xoşuna gəlirsə, əvvəldə öz nəfsani meyllərindən istiğfar etməli, sonra isə Allah yolunda bu işi görməlidir.
Sayfa 140Kitabı okudu
Reklam
Kiçik bir küçədə yerləşən bir evin qapısını döydü. Həyətdə bir daxma göründü ki, kiçikli-böyüklü bir neçə fəqir və biçarə uşaq orada yerləşmişdi. Cənab Şeyx onlara işarə edib buyurdu: Bu biçarə insanların müşküllərini həll etmək insanı Allah aşiqi edər! Sənin dərsin budur, Ayətullah Kuhistaninin yanındakı dərs isə zahidlik idi. İndi aşiqlik dərsindəsən.
Sayfa 139Kitabı okudu
ALLAH ÖVLİYALARININ İXLASI
Şeyxin təlim-tərbiyə məqamında şagirdlərinə təkid etdiyi əsas məsələlərdən biri ixlas idi. İxlas dedikdə təkcə əqidə və ibadətdə deyil, həm də bütün işlərdə ixlas nəzərdə tutulur. O, dəfələrlə təkidlə deyərdi: Din elə mənbərlərin üstündə deyilənlərdir, lakin iki şeyi çatmır: Biri ixlas, digəri isə Allah-taala ilə dostluq; Bu iki şey mənbərdəki çıxışlara əlavə edilməlidir.
Sayfa 139Kitabı okudu
Əgər bir şey başqasına qələbə çalsa, məğlub olan şey qalib olan şeyin növünə çevrilir. Məsələn dəmiri odda qızdırdıqda bir müddətdən sonra od qələbə çaldığından odun yandırmaq xüsusiyyəti dəmirə sirayət edir. Həmçinin, insanın işləri öz xaliqi ilə əlaqədar olan işləri ilə də belədir.
Sayfa 137Kitabı okudu
TƏQVANIN ƏN YÜKSƏK MƏRTƏBƏSİ
Şeyx təqvanın mərtəbələri barəsində buyururdu: Təqvanın müəyyən mərtəbələri vardır. Onun ən kiçik mərtəbəsi vacibatı yerinə yetirib haram işlərdən çəkinməkdir ki, bu çoxları üçün çox yaxşı bir işdir. Lakin təqvanın ən yüksək mərtəbəsi — Allahdan başqa bütün şeylərdən çəkinməkdir. Bu mənaya ki, insan öz qəlbində Allah məhəbbətindən başqa heç bir şeyə yer verməsin.
Sayfa 134Kitabı okudu
Reklam
12 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.