Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Məhəmməd(s) Əxlaqı

Ali Hamaney

Məhəmməd(s) Əxlaqı Sözleri ve Alıntıları

Məhəmməd(s) Əxlaqı sözleri ve alıntılarını, Məhəmməd(s) Əxlaqı kitap alıntılarını, Məhəmməd(s) Əxlaqı en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Bir neçə nəfər əziz Peyğəmbərin (s) yanına gəlib bir şəxsi təriflədilər. Dedilər ki, ey Allahın rəsulu, biz bu kişi ilə səfərə çıxmışdıq. O çox yaxşı,pak və allahçı bir kişidir; həmişə ibadət edirdi, harada dayanırdıqsa, dayandığımız andan hərəkət etdiyimiz vaxta qədər namazla, zikrlə, Quranla və belə işlərlə məşğul olurdu. Bu təriflərdən sonra Peyğəmbər (s) təəccüblə onlardan soruşdu: "Bəs onun işlərini kim görürdü? Miniyindən düşəndən daim namazla və Quranla məşğul olan şəxsin yeməyini kim bişirirdi? Onun əşyalarını kim endirir və (gedəndə) miniyə yükləyirdi? Onun işlərini kim görürdü?" Onlar cavabda dedilər ki, ey Allahın rəsulu, biz tam rəğbətlə onun işlərini görürdük. Peyğəmbər (s) buyurdu: “Sizin hamınız ondan yaxşısınız”. Onun öz işini görməyib sizin üzərinizə qoyması və özünün ibadətlə məşğul olması yaxşı insan olmasına bais olmur. Yaxşı insan sizsiniz ki, işləyirsiniz, çalışırsınız və hətta başqasının işini də görürsünüz.
Əziz Peyğəmbərin (s) işlərindən biri cəmiyyətdə mehriban, sevgi və məhəbbət dolu bir mühit yaratmaq idi. Yəni bütün insanlar bir-birinə qarşı sevgi göstərsinlər, bir-birinə xoş niyyətlə və nikbinliklə baxsınlar. Bu gün də bizim vəzifəmiz budur. Yəni İslam cəmiyyətində müsəlmanlar birbirlərinə qarşı laqeydlik halından çıxmalıdırlar. Müsəlmanların bir-birləri ilə işlərinin olmaması, hərəsinin özü üçün ayrı bir dünya yaradıb digər müsəlmanlarla maraqlanmaması İslamda bəyənilməmişdir. Əziz Peyğəmbərin (s) həyatının fəsillərindən biri bu idi ki, bu laqeydlik vəziyyətini sevgi, əməkdaşlıq və qardaşlıq vəziyyətinə, bir-biri ilə əməkdaşlıq edən bir toplum yaratmağa çevirsin. Bu elə bir şeydir ki, bu gün də öz quruluşumuzda ona ehtiyacımız var.
Reklam
Əhzab döyüşündə əziz Peyğəmbər (s) maraqlı siyasi hiylə ilə düşmən ordusu arasında ayrılıq saldı, amma səhabələrin çoxu ondan baş açmadılar. Peyğəmbər (s) gizli şəkildə xəbər göndərib hücumçu qəbilələrin bir-iki nəfərini çağırdı, dedi ki, əgər müharibədən kənara çəkilsəniz, Mədinənin birillik xurma məhsulunu sizə verəcəyik.Peyğəmbər (s) onların qəbul etməsini gözləmirdi də. Onlar dedilər ki, biz gedib fikirləşərik. Getdikdən sonra Peyğəmbər (s) səhabələri dedilər ki, ey Allahın Rəsulu, bunlar kimdir ki, biz Mədinənin xurmasını onlara verək.Cahiliyyət dövründə bizə hücum etsəydilər, biz öz xurmalarımızın qalıqlarını da bunlara verməyə razı olmazdıq. Peyğəmbər (s) təbəssüm etdi və onlara artıq şərh vermədi. Onlar getdikdə kafirlərin arasında söz gəzdiki, bir qrup adam gedib Məhəmmədlə (s) razılaşıb. Buna görə onların bəzilərinin qəlbinə şübhə düşdü və aralarında böyük ixtilaf yarandı.Peyğəmbər (s) bu üsullardan da istifadə edirdi; həm müharibə, həm hiylə,həm təbliğat, həm informasiya, həm maneələri yoldan götürmək, həm az işləyənləri həvəsləndirmək. Bunların hamısını bir-birinin yanında işlədirdi.
Bismilləhir Rahmənir Rahim
Ey Allahım, məni bir göz qırpımı qədər də öz nəfsimə tapşırma!
İnşaAllah...
Bizim xalqımız Peyğəmbər (s) məktəbinin şagirdliyi və Peyğəmbər (s) dərsi ilə fəxr edir... Biz Peyğəmbərin (s) əxlaq dərsini, əzəmətli Peyğəmbərin (s) izzət dərsini, onun bizə öyrətdiyi və bizim həyat dərslərimizdən olan elm öyrənmək dərsini, mərhəmət, ucalıq və birlik dərsini öz həyatımızın proqramlarına salmalıyıq... Bizim müsəlman cəmiyyətimiz o zaman sözün həqiqi mənasında kamil müsəlman cəmiyyəti olar ki, özünü Peyğəmbərin (s) rəftarı ilə uyğunlaşdırsın. Əgər o həzrətin rəftarına yüz faiz uyğun olmasa da - təbii ki, uyğun deyil - ən azı ona bənzəsin. Əziz Peyğəmbərin (s) həyat axınının əksi bizim həyatımıza hakim olmasın; o xətdə hərəkət edək...
Əziz Peyğəmbərdən (s) nəql edilən bir rəvayətə əsasən belə buyurmuşdur: "Sizin heç biriniz mənə səhabələrimin heç biri barədə söz çatdırmasın. Mən sizin aranıza sağlam qəlblə çıxmaq istəyirəm".Peyğəmbərin (s) yanına gəlib bir-biri haqqında pis sözlər deyirdilər, bəzən doğru, bəzən də doğru olmayan sözlər danışırdılar. Əziz Peyğəmbər (s) xalqa buyurdu ki, səhabələrim barədə heç kəs mənə bir söz deməsin. Buyurdu ki, daim mənim yanıma gəlib bir-birinizdən pis sözlər danışmayın, mən istəyirəm xalqın arasına çıxdıqda və öz sahəbələrimin yanına getdikdə "sağlam qəlbli" olum. Yəni təmiz, pak və heç bir bədbinlik olmadan müsəlmanların arasına gedim
Reklam
Yeddi peyğəmbər xüsusiyyəti
✓Birinci xüsusiyyət iman və mənəviyyatdır ✓İkinci xüsusiyyət ədalətdir ✓Üçüncü xüsusiyyət elm və bilgidir ✓Dördüncü xüsusiyyət səmimilik və qardaşlıqdır ✓Beşinci xüsusiyyət əxlaq və rəftar düzgünlüyüdür ✓Altıncı xüsusiyyət iqtidar və izzətdir ✓Yeddinci xüsusiyyət iş, hərəkət və daimi inkişafdır
Dünya+axirət=əbədi səadət
O dünyadır, bu axirətdir. Əgər bunların hər ikisi bir yerə toplansalar, dünya və axirətin səadəti hasil olar. Yəni insanın həm dünyası, həm də axirəti olar. Nəticədə xoşbəxt bir insan və peyğəmbərlərin istədiyi səadətli bir həyat alınar.
Peyğəmbərin doğumundan öncəki dövrün 2 xüsusiyyəti:
Həzrətin doğumu dünyanın və tarixin elə bir dövründə baş verdi ki, bəşəriyyət iki aşkar xüsusiyyətə malik idi. Bu iki xüsusiyyətin biri o idi ki, elm, ağıl və düşüncə baxımından özündən öncəki dövrlərdə yaşayan insanlara nisbətən çox inkişaf etmişdi. İkinci xüsusiyyətin birinci xüsusiyyətlə birləşməsi çox qəribə haldır. O da budur ki, o zaman bəşər əxlaq baxımından həmişə olduğunda daha aşağıda idi. Yaxud əgər bu müqayisəni söyləmək istəməsək, deməliyik ki, süqutun zirvəsində idi.
Bəzi adamların səhvi budur ki, səliqəli görkəmin dəbdəbəçilik və israfla yanaşı olduğunu güman edirlər. Xeyr, yamaqlı və köhnə paltarla da səliqəli və təmiz olmaq olar. Peyğəmbərin (s) paltarı yamaqlı və köhnə idi, amma paltarı, başı və üzü təmiz idi. Bunlar davranışda, rəftarda, xarici görkəmdə və gigiyenada çox təsirlidir. Bunlar zahirən kiçik, əslində isə çox təsirlidir.
24 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.