Məhəmməd(s) Əxlaqı

Ali Hamaney

En Eski Məhəmməd(s) Əxlaqı Sözleri ve Alıntıları

En Eski Məhəmməd(s) Əxlaqı sözleri ve alıntılarını, en eski Məhəmməd(s) Əxlaqı kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Əziz Peyğəmbərdən (s) nəql edilən bir rəvayətə əsasən belə buyurmuşdur: "Sizin heç biriniz mənə səhabələrimin heç biri barədə söz çatdırmasın. Mən sizin aranıza sağlam qəlblə çıxmaq istəyirəm".Peyğəmbərin (s) yanına gəlib bir-biri haqqında pis sözlər deyirdilər, bəzən doğru, bəzən də doğru olmayan sözlər danışırdılar. Əziz Peyğəmbər (s) xalqa buyurdu ki, səhabələrim barədə heç kəs mənə bir söz deməsin. Buyurdu ki, daim mənim yanıma gəlib bir-birinizdən pis sözlər danışmayın, mən istəyirəm xalqın arasına çıxdıqda və öz sahəbələrimin yanına getdikdə "sağlam qəlbli" olum. Yəni təmiz, pak və heç bir bədbinlik olmadan müsəlmanların arasına gedim
Əziz Peyğəmbərin (s) işlərindən biri cəmiyyətdə mehriban, sevgi və məhəbbət dolu bir mühit yaratmaq idi. Yəni bütün insanlar bir-birinə qarşı sevgi göstərsinlər, bir-birinə xoş niyyətlə və nikbinliklə baxsınlar. Bu gün də bizim vəzifəmiz budur. Yəni İslam cəmiyyətində müsəlmanlar birbirlərinə qarşı laqeydlik halından çıxmalıdırlar. Müsəlmanların bir-birləri ilə işlərinin olmaması, hərəsinin özü üçün ayrı bir dünya yaradıb digər müsəlmanlarla maraqlanmaması İslamda bəyənilməmişdir. Əziz Peyğəmbərin (s) həyatının fəsillərindən biri bu idi ki, bu laqeydlik vəziyyətini sevgi, əməkdaşlıq və qardaşlıq vəziyyətinə, bir-biri ilə əməkdaşlıq edən bir toplum yaratmağa çevirsin. Bu elə bir şeydir ki, bu gün də öz quruluşumuzda ona ehtiyacımız var.
Reklam
İslam hökuməti dövründə bir qadın Mədinəyə Peyğəmbəri (s) görməyə gəldi. Səhabələr gördülər ki, Peyğəmbər (s) bu qadına çox sevgi göstərir, onun və ailəsinin əhvalını soruşur, çox səmimiliklə və məhəbbətlə onunla rəftar edir. O qadın gedəndən sonra Peyğəmbər (s) səhabələrin təəccübünü aradan qaldırmaq üçün buyurdu ki, bu qadın Xədicənin vaxtında (Məkkədə qorxu və şiddət dövründə) bizim evimizə get-gəl edirdi. Yəqin ki, hamının Peyğəmbərin (ə) tərəfdarlarını muhasirəyə saldığı və Peyğəmbərin əziz həyat yoldaşı həzrət Xədicənin yanına heç kimin gəlmədiyi zaman bu xanım Xədicə ilə get-gəl edirmiş. Rəvayətdə də göstərilmir ki, bu qadın müsəlman olmuşdur, yoxsa yox. Güman ki, bu qadın hələ müsəlman da olmamışdı. Amma keçmişdə belə bir xüsusiyyətə malik olduğundan, belə səmimiyyət və məhəbbət göstərdiyindən, əziz Peyğəmbər (s) illər sonra ona belə minnətdarlıq bildirmişdir.
Rəvayətdə göstərilir ki, əziz Peyğəmbər (s) bir gənci görüb onun cüssəsindən, sağlamlığından və gəncliyindən xoşu gəldikdə ona iki sual l verirdi. Soruşurdu ki, evlənmisənmi, işin-peşən varmı. Əgər həmin gənc"evlənməmişəm və işim yoxdur" - deyə cavab versəydi, Peyğəmbər (s) buyururdu ki, bu gənc gözümdən düşdü. O belə üsul və rəftarlarla xalqın diqqətini iş və çalışmağın əhəmiyyətinə yönəldirdi.
Bir neçə nəfər əziz Peyğəmbərin (s) yanına gəlib bir şəxsi təriflədilər. Dedilər ki, ey Allahın rəsulu, biz bu kişi ilə səfərə çıxmışdıq. O çox yaxşı,pak və allahçı bir kişidir; həmişə ibadət edirdi, harada dayanırdıqsa, dayandığımız andan hərəkət etdiyimiz vaxta qədər namazla, zikrlə, Quranla və belə işlərlə məşğul olurdu. Bu təriflərdən sonra Peyğəmbər (s) təəccüblə onlardan soruşdu: "Bəs onun işlərini kim görürdü? Miniyindən düşəndən daim namazla və Quranla məşğul olan şəxsin yeməyini kim bişirirdi? Onun əşyalarını kim endirir və (gedəndə) miniyə yükləyirdi? Onun işlərini kim görürdü?" Onlar cavabda dedilər ki, ey Allahın rəsulu, biz tam rəğbətlə onun işlərini görürdük. Peyğəmbər (s) buyurdu: “Sizin hamınız ondan yaxşısınız”. Onun öz işini görməyib sizin üzərinizə qoyması və özünün ibadətlə məşğul olması yaxşı insan olmasına bais olmur. Yaxşı insan sizsiniz ki, işləyirsiniz, çalışırsınız və hətta başqasının işini də görürsünüz.
Peyğəmbər (s) elə məqam və əzəmətlə yanaşı öz ibadətini unutmurdu, gecə yarısı ağlayırdı, dua edir və bağışlanmaq istəyirdi. Ümm Sələmə bir gecə gördü ki, Peyğəmbər (s) yoxdur. Gedib gördü ki, dua edir, göz yaşı tökür, bağışlanmaq istəyir və belə deyir: "Ey Allahım, məni bir göz qırpımı qədər də öz nəfsimə tapşırma!" Ümm Sələməni ağlamaq tutdu. Peyğəmbər (s) onun ağladığını görüb dedi ki, burada nə edirsən? Dedi: "Ey Allahın Rəsulu! Allah-Taala səni bu qədər izzətli etmiş və günahlarını bağışlamışdır - "Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq" - nə üçün ağlayır və deyirsən ki, İlahi, bizi özümüzə tapşırma?" Peyğəmbər (s) buyurdu: "Əgər Allahdan qafil olsam, məni nə saxlaya bilər?!"
Reklam
24 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.