XXI əsrin Sabiri adlandırılan Baba Pünhanın şeirlərini dinləməyən az adam tapılar. Xoşbəxt o şairdir ki, onun hətta bir şeiri dillər əzbəri ola bilib. Müasirlərindən və bir çox sələflərindən fərqli olaraq haqq sözü deyən satirik şairimiz Baba Pünhanın yaradıcılığının bir çox məqamları bu kitabımızda öz əksini tapıb.
Kitabımızı hazırlayarkən müəllifin öncədən çap edilmiş “Kim nə götürdü?!”, “Acı həqiət”, “Yalan çeyniyə-çeyniyə”, “Mən nə dedim ki?!” kitablarından istifadə olunmuşdur.