Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Mən Nə Dedim ki?!..

Baba Pünhan

Sözler ve Alıntılar

Tümünü Gör
sizmi deyim
Sənə mən siz deyirəmsə, özümə biz mi deyim, O böyük Tanrıya sən, bəndəsinə siz mi deyim? Nə qədər ki, özümüzdən özümüz bixəbərik, Özümə mənsiz, əzizim, sənə sənsiz mi deyim? Bilən heç kimliyini dəhrdə bir kim sayılar, Bunu dərk eyləməyən insana aciz mi deyim? Ayaq altında salar iz, deyilən söz havada, Biri vardır, biri yox, iksinə də iz mi deyim? Qara gündən ağaran saqqala, Pünhan, görəsən, Ağaran üz mü deyim, ya gecə-gündüzmü deyim?
"ağlın var, savadın var ve soyun var, soyadın var"
Reklam
Nə əcəb "Qız qalası"ndan xəbərin yoxdu sənin, Al onu, sal adına, qoyma qala, nolub ala?
O bilər, mən bilərəm..
Bivəfadırsa əgər yar, O bilər- mən bilərəm Ya vəfa əhdidi dildar, O bilər-mən bilərəm. Nə düşüb xəlqə axı hər şeyə rişxənd eləyir, Qeyri dindardı ya dindar, o bilər-mən bilərəm. Məni cadulər ilən salma gözündən o gülün, Çalma kandarıma mismar, o bilər-mən bilərəm. Dedim ol yarə hicabı sənə vacib bilib həqq, Dedi ki, eyləmə israr, o bilər-mən bilərəm. Dəstəmazım gözümün yaşı namazımdı mugam, Bunda həqqəm ya günahkar o bilər-mən bilərəm. Məni gah Tanrı cəkib qaldırar ərşin üzünə, Gahi ordan yerə çırpar, o bilər-mən bilərəm. Pünhanın eyiblərin yarə gedib kim saydı, Kimə nə eybi əgər var, o bilər-mən bilərəm.
Kəndli təzəknən qızınan ölkəmiz Neft kimi dünyaya malın göstərir And içirəm, hakim öz övladına Rüşvətin ən yaxşı yolunu göstərir
Biz Qazan xan deyilik, biz içi boş qazanıq, O səbəbdən də papaq yerinə , qapaq gəzdiririk
Reklam
Qız-gəlin namusu tapdaqların altında ikən Hansı haqq ilə çalıb Azərbaycan oxuyur!?
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.