Gönderi

O bilər, mən bilərəm..
Bivəfadırsa əgər yar, O bilər- mən bilərəm Ya vəfa əhdidi dildar, O bilər-mən bilərəm. Nə düşüb xəlqə axı hər şeyə rişxənd eləyir, Qeyri dindardı ya dindar, o bilər-mən bilərəm. Məni cadulər ilən salma gözündən o gülün, Çalma kandarıma mismar, o bilər-mən bilərəm. Dedim ol yarə hicabı sənə vacib bilib həqq, Dedi ki, eyləmə israr, o bilər-mən bilərəm. Dəstəmazım gözümün yaşı namazımdı mugam, Bunda həqqəm ya günahkar o bilər-mən bilərəm. Məni gah Tanrı cəkib qaldırar ərşin üzünə, Gahi ordan yerə çırpar, o bilər-mən bilərəm. Pünhanın eyiblərin yarə gedib kim saydı, Kimə nə eybi əgər var, o bilər-mən bilərəm.
··
170 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.