Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Necə Uğur Qazanmalı

Jafar Subhani

Yorumlar ve İncelemeler

Tümünü Gör
128 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
success
Hər birimiz həyatımızda müəyyən nailiyyətlər əldə etmək, uğur qazanmaq istəyirik. Bunun üçün çox çalışmaq lazım olduğunu da bilirik. Amma bəzən uğursuz olduğumuz zaman beynimizi aldadır və bəhanələr gətiririk, hər şeyi qismətə, taleyə bağlayırıq. "Çox çalışdım, amma qismət beləymiş", sözünü demək qədər asan heç nə yoxdu. Halbuki, həqiqətən istəsək, həqiqətən əzmli olub mübarizə aparsaq, əldə edə bilməyəcəyimiz heç bir şey yoxdur.. Qismət, tale deyə bir şey var düzdü, amma hər kəsin taleyi öz əlindədir. Daim özünü inkişaf etdirən insan, öz taleyini çox gözəl qura bildiyi halda, bəhanələrlə yaşayan insanlar bu uğursuzluğa da bəhanə gətirib qismət deyirlər. Bu kitabda bizə elə onu öyrədir. "Necə uğur qazanmalı?" 3 kəlimə ilə ifadə etsəm deyə bilərəm ki, "Bəhanələrdən uzaq ol..."
Necə Uğur Qazanmalı
Necə Uğur QazanmalıJafar Subhani · Shining Sun · 201012 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.