Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Necə Uğur Qazanmalı

Jafar Subhani

Necə Uğur Qazanmalı Sözleri ve Alıntıları

Necə Uğur Qazanmalı sözleri ve alıntılarını, Necə Uğur Qazanmalı kitap alıntılarını, Necə Uğur Qazanmalı en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
İnsanın üz cizgiləri onun iradə və qətiyyətindən xəbər verir. Qaliblik onun üzündən, rəftar və danışığından görünür.
Sən özün öz taleyini bədbəxt etmisənsə, fələkdən nə istəyirsən?
Sayfa 101Kitabı okudu
Reklam
Uğur qazanan insan hədəfinə çatmamış ondan əl çəkməyən və başqa işlə məşğul olmayan şəxsdir.
“Bizim cəmiyyətin özünü itirmiş bir sıra gəncləri bəzi qərb ölkələrinin məkrli təbliğatı nəticəsində təsəvvür edirlər ki, avropanın iqtisadi inkişafının sirri onların din və əxlaqdan uzaqlaşmasındadır. Avropanın şərqdən üstünlüyünün səbəbi orada rəqs maclisləri və qadınların yarıçılpaq olmasıdır. Belə şəxslərin bir qismi özlərində hiss etdikləri kiçikliyi aradan qaldırmaq üçün tez avropa geyimlərinə, avropasayağı davranışlara və avropa bəzəklərinə üstünlük verirlər. Onlar bilmirlər ki, bunlar iqtisadiyyatı güclü bir millətin mədəniyyətinin sadəcə görünən tərəfidir. Onların üstünlüyünün bünövrəsi elm və fikirdir. Onların mədəniyyətinin əsasını istismardan uzaqlaşıb, azad millət kimi öz ayaqları üzərində dayanıb elmi araşdırmalar və tədqiqatlarla məşğul olmaq təşkil edir.”
"Ey mənim övladlarım! Mən sizə Allahın əmrlərinə tabe olmağı və nizam-intizamlı olmağı tövsiyə edirəm". İmam Əli(ə)
Yaradılış dünyası bizim üçün ən gözəl bələdçidir. Həyat yolunu, davamlılığı, həyatın sabitliyini və müvəffəqiyyət rəmzini ondan öyrənməliyik. O bizə deyir: "Mənim yaşamağımın və möhkəmliyimin rəmzi yaradanımın məndə qoyduğu nizam-intizamdır.
Reklam
Mömin şəxsin əlamətini sənə deyim: Ölümü çatan zaman gülərüz ölər.
Bozorgmehrin dediyi kimi, dodaqları bağlamalı, qolları açmalıyıq (susmalı və işləməliyik). İnsan yəqin bilməlidir ki, müvəffəqiyyətin qızıl açarı çalışmaqdır.
Gənclərimizin bir qrupunun müvəffəq olmamasının səbəbləri var. Onlardan biri budur ki, gənclərin bəzilərində işləmək və fəaliyyət ruhu öldürülmüşdür.
İnsan öz istedad və potensialını tapıb ona uyğun hərəkət etdikdə, ona bəslədiyi eşq səbəbilə öz məqsədinə çatır.
17 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.