Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qırmızı Ağıl

Rəhimpur Əzğədi

Yorumlar ve İncelemeler

Tümünü Gör
144 syf.
10/10 puan verdi
·
Beğendi
·
12 günde okudu
....Hər dəfə bir kitab bitirib ondan yeni nələrsə öyrənəndə çox sevincli oluram. Bu səfər çox möhtəşəm bir kitab oxudum ki, bu da "Qırmızı ağıl" kitabıdır. Kitab Peyğəmbərin dövründən ta İmam Hüseynin dövrünə kimi baş verən hadisələrdən və onların səbəbindən danışır... Necə oldu ki, Peyğəmbər ilə çiyin-çiyinə döyüşmüş və onun daim yanında olan insanlar onun Əhli-beytinə arxalarını çevirdilər?! Necə oldu ki, Peyğəmbər və Əlinin hakimiyyəti Müaviyə və Yezid kimi pozğun, sərxoş insanların (insan demək də olmur!) hakimiyyətinə çevrildi?! Çox uzatmayacam... Qısası kitab mühüm məsələlərə və beyində olan bir sıra suallara aydınlıq gətirir. Kərbəla məktəbini öyrənmək istəyən hər kəsə oxumağı tövsiyə edirəm. :)
Qırmızı Ağıl
Qırmızı AğılRəhimpur Əzğədi · Parlaq İmzalar · 017 okunma
Reklam
144 syf.
10/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Kitab sözün əsl mənasında mükəmməl idi. Mövzu Aşura faciəsi və İmam Hüseyn hərəkatının əsas xətləri, fəlsəfəsi idi. İlk əvvəl kitab diqqətimi çəkmirdi, düşünürdüm ki, onsuzda bu mövzunu bilirəm, həm tarixi mövzuda kitabdır bu günüm üçün o qədər də əhəmiyyət kəsb etməz. Lakin irəlilədikcə kitabda həm bu gün həm də gələcəyi gördüm. Həqiqətən də
Qırmızı Ağıl
Qırmızı AğılRəhimpur Əzğədi · Parlaq İmzalar · 017 okunma
144 syf.
10/10 puan verdi
·
Beğendi
Qarşıdan Məhərrəm (شهر محرم) ayı gəlir. Kitab sizlərə Aşura vaqiəsi ilə bağlı faydalı məlumatlar verəcək.Necə oldu ki, Peyğəmbər(s) vəfatından təqribi 50 il sonra onun əzizlərinə, canının parçası olan nəvəsi və ailəsinə qarşı belə bir faciə törədildi? 50 ildə cəmiyyət və hakimiyyətdə qüvvələr nisbətinin 180° dəyişməsinə səbəb nə idi? Ön yarğıları yıxmaq və baş verənlərin pərdəarxası məqamlarından xəbərdar olmaq üçün kitab tövsiyə olunur.
Qırmızı Ağıl
Qırmızı AğılRəhimpur Əzğədi · Parlaq İmzalar · 017 okunma
144 syf.
·
Puan vermedi
·
Beğendi
Əsərin mövzusu Kərbəla hadisəsinin təhlilidir. Necə oldu ki, Peyğəmbərin vəfatından 50 il sonra bu hadisə baş verdi? Buna təkan verən səbəblər nə idi? Burada biz Peyğəmbərin vəfatından sonra hər şeyin yavaş-yavaş dəyişdiyinin şahidi oluruq. Hətta Peyğəmbərin vəfatına yaxın və vəfatı dövründə yaşananlara baxdığımız zaman bu faciənin təməllərini görə bilirik. Təbii ki, heç nə birdən birə yaranmır. Əvvəl təməli qoyulur, sonra da pillə-pillə artır. Siz bu kitabda 50 ilin təhlilini, həmin dövrdə yaşayan tanınmış şəxsiyyətlərin xarakterini, bir çoxunun isə bir zamanlar Peyğəmbərlə çiyin-çiyinə döyüşüb 50 il sonra isə əziz nəvəsini qanına qəltan etdiyini görəcəksiniz. Bu insanlar necə dəyişdi? Necə oldu ki, Yezid kimi biri Peyğəmbər kürsüsündə əyləşdi? Bu və bir çox sualın cavabını burada tapa bilərsiniz Əlavə olaraq bunu da qeyd edim ki, bu hadisə barədə geniş məlumat əldə etmək istəyirsinizsə, Peyğəmbərin həyatından başlayaraq bir çox kitablardan istifadə etməlisiniz
Qırmızı Ağıl
Qırmızı AğılRəhimpur Əzğədi · Parlaq İmzalar · 017 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.