Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

O İllərin Çörəyi

Heinrich Böll

Sözler ve Alıntılar

Tümünü Gör
Hedviqin gəlməsilə əlaqədar olan bu məsələnin üstündə mən sonralar da dönə-dönə düşünmüşəm. Əgər o gün Hedviqi vağzalda qarşılamasaydım, görəsən, mənim həyatım nə cür olacaqdı: adamlar səhv edib özgə bir qatara mindiyi kimi, mən də bambaşqa bir həyata qədəm qoyacaqdım.
Sayfa 6 - qanun nəşriyyatıKitabı okudu
İndi mən tamam başqa adam idim və bağrına basdığım Hedviqi özüm özümə qısqanırdım.
Reklam
Mən Hedviqin səsinə qulaq asırdım, əllərinin əlimə toxunduğunu duyurdum. Bu saat bu qaranlıq küçələrdə Hedviqlə yanaşı gedərkən mən ürəyimdə çox qəribə hisslər keçirirdim - yəqin ki, yalnız o dünyada məhşər günü Allah qarşısında sınaqdan çıxanlar özünü mənim kimi hiss eləyə bilərdi.
Küçədən düşən gur işıq Hedviqin üzünü işıqlandırdı və mən onun üzünə diqqətlə tamaşa eləməyə başladım; bu baxışlara tab gətirməyin necə çətin olduğunu bilirdim, çünki mən onun sifətini bir şəkil kimi seyr eləyirdim, buna baxmayaraq, Hedviq mənim üzümə baxdı və bu anda mən ürəyimə çökmüş vahimənin yoxa çıxdığını duydum. Sanki, Hedviqin sifəti yenə də ürəyimi deşərək, könlümün dərinliyinə keçmişdi və orada bir xoş ağrı yaratmışdı.
- Oho! - dedi. - Səndə bir iş var, deyəsən. Nə cür iş olduğu da məlumdur. Üzünə baxan kimi bilinir. - Mənim üzümə baxan kimi nə bilinir? - Heç nə bilinmir. Ancaq sifətin, bir növ, boğazına çatı salıb ömrünü bağışlayan adamların sifətinə oxşayır.
Mən düşünürdüm. Düşünürdüm ki, insan suda boğulan vaxt, yəqin, bu cür vəziyyətdə olur: bomboz su adamın içinə dour - filan qədər su; sən küt bir səsdən başqa heç nə eşitmirsən, heç nə görmürsən, boz, dadsız su isə sənə şirin gəlir.
Reklam
Hedviq bir neçə addım mənə tərəf gəlib güldanı alarkən bircə saniyəliyə mən onun əlinin əlimə toxunduğunu hiss elədim və həmin saniyədə də ürəyimdən keçənlərin hamısını fikrimdə dolandırdım: mən onu bağrıma basa bilərdim, öpdükcə öpər və buraxmazdım, lakin mən bunu eləmədim, arxamı yenə də qapıya çevirib Hedviqin qrafindən güldana su tökməyinə baxdım; güldan adicə saxsı güldan idi, lakin qız onu pəncərənin qabağına qoyanda güllər mənim gözümə daha da gözəl göründü...
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.