O, Xocalıdan İdi

Aqil Abbas

O, Xocalıdan İdi Sözleri ve Alıntıları

O, Xocalıdan İdi sözleri ve alıntılarını, O, Xocalıdan İdi kitap alıntılarını, O, Xocalıdan İdi en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Güclü insanların sevgisi də, nifrəti də güclü olur.
Sayfa 3 - Bakı,Qanun Nəşriyyatı,2017Kitabı okudu
Onun köməyinə ehtiyacı olan insanları xatırlayıb özünü toplayan Cəmilə baxıb güclü insanların iki qrupa bölündüyün düşündüm. Birinci qrup tiranlardır. Onlar yalnız öz mənafeləri üçün yaşayırlar, bütün güclərini öz ambisiyalarına sərf edirlər. İkinci qrup isə donorlardır. Onlar öz güclərini insanlara xeyir verməyə sərf edirlər və yeganə ambisiyaları insanlar üçün faydalı olmaqdır.
Sayfa 137 - Bakı,Qanun Nəşriyyatı,2017Kitabı okudu
Reklam
Xalq arasında sadəcə Bulvar kimi tanınan, Xəzər dənizinin sahili boyu uzanan Milli Parkda gəzişirdik. Bulvar Bakının fəxri idi. Yetmişinci illərdə Bakı Bulvarı bütün dünyada məşhur idi. Şəhər əhalisinin ən sevimli istirahət yeri idi. Şəhərə gələn heç bir qonaq isə Bulvara baş çəkmədən getməzdi. Bulvar özündə bir neçə parkı birləşdirən maraqlı bir kompleks idi. Bir hissəsində tənhalığa çəkilib sakitlikdən həzz almaq, digər hissəsində bir-birindən gözəl atraksionlarda əylənmək, dənizin sahili ilə uzanan xiyabanda isə aktiv istirahət etmək, gəzişmək və ya qaçmaq olardı.
Sayfa 81 - Bakı,Qanun Nəşriyyatı,2017Kitabı okudu
Azadlıq dəqiq bir anlayış deyil və heç kim də onun izahını verə bilməz. Ən hüdudsuz azadlığın belə hüdudları var. Mütləq azadlıq son deməkdir, xaosdur. Həyatımız problemlər v məhdudiyyətlər hesabına əhəmiyyət qazanır. Həyatımızın mənası məhdudiyyətləri aşmaq və problemləri həll etməkdir. Bütün kəşflər və irəliyə atılan addımlar bunu hesabına baş verib...
Sayfa 22 - Bakı,Qanun Nəşriyyatı,2017Kitabı okudu
Vətəni qorunmağın və ya onun üçün mübarizə aparmağın müxtəlif yollarlı var. Birinci və asan yolu müharibədə döyüşməkdir, ikinci yol isə vətənini,millətini dünyaya tanıtmaq və digərlərini də onu sevməyə vadar etməkdir. Bu daha çətindir.
Sayfa 35 - Bakı,Qanun Nəşriyyatı,2017Kitabı okudu
Nə üçün insanlar həqiqət axtarırlar və tapanda da pərişan olurlar? Əgər həqiqətən ehtiyacları olan bir şeydirsə,o zaman onu tapdıqlarında sevinməlidirlər.
Sayfa 80 - Bakı,Qanun Nəşriyyatı,2017Kitabı okudu
Reklam