Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

En Beğenilen Ona Gönderileri

En Beğenilen Ona kitaplarını, en beğenilen Ona sözleri ve alıntılarını, en beğenilen Ona yazarlarını, en beğenilen Ona yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Bir də gülüşü gözünün onundən getməyən birinin "gözünüzün önündə getməyi" gərçəyi var.
Reklam
Mahnılar...
"Bəzən danışıb, içini tökmək yerinə, musiqi playlistindən bir neçə mahnı seçib susmağın lazımdır. Çünki bəzən mahnılar sənin dərdlərini, danşmaq istədiklərini, içindən keçənləri sənə səndən daha yaxşı başa salar. Məsələn; Akif İslamzadə "ayrılıq olmayaydı" deyər, dərindən ah çəkərsən. Rafiq Hüseynli "sevərəm təzədən" deyər, içindəki eşq qığılcımı yenidən alovlanar, arzularla yaşamağa davam edərsən. Hüseynağa Hadıyev "gəl barışaq" deyər, telefonu əlinə alıb qarşı tərəfə "bəsdir bu qədər küsülü qalmaq, gəl barışaq"- deyə mesaj yazmaq istəyərsən. Elmira Rəhimova "sən yadıma düşəndə" deyər, xəyallara dalarsan. Rübabə Muradova "unuda bilmirəm" deyər, qaysaq bağlamış yaralarımız yenidən qanayar. Və bəzən sən istəsən də, istəməsən də, harda olursan ol, mahnılar gəlib sənə toxunacaq. Məncə, komputer, robot, telefon kimi kəşfləri boş verin. Dünyadaki ən böyük kəşf musiqidir. Çünki musiqidən başqa heçnə insana bu qədər təsir edə bilməz, insanı bu qədər gözəl ifadə edə bilməz..."
Sayfa 89 - Əziz YaqubzadəKitabı okudu
Sən bir az safsan, hər kəsə, hər şeyə tez inanansan, odur ki,bilirəm, qəlbini qırarlar, üzərlər səni. Elə olanda isə yenidən gəlib mənə sığına bilərsən. "Qəlbində yerim olmasa da rahat ol, başını qoymaq üçün çiynimdə hər zaman sənə yer var"... Çünki sən də məni yaxşı tanıyırsan və bilirsən ki, mən axmaq ümidimi bir an belə itirmədən gəlməyəcəyini bilsəm də səni gözləyərəm...
" "Çox gözəl gülürsən" deyənlərə aldanma. Çünki gözəl güldüklərini bildikləri üçün səni ən çox onlar ağladar..."
Kitab olsam, oxuyardınmı məni? Gözlərimdə gördüklərinin, dinlədiklərinin altından xətt çəkib, o cümlələri həyatının bir parçasına çevirərdinmi?
Reklam
"...Və mən sənin başqası üçün acı çəkməyinə kədərlənəcək qədər axmaq idim..."
"Bütün ayrılıq cümlələrim sənə aiddir, sevgilim. Üstünə götürə bilərsən..."
Məni elə bir eşqlə qucaqla ki, üstüm-başım sən qoxsun...
109 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.