Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

En Eski Ona Yorumları ve İncelemeleri

En Eski Ona sözleri ve alıntılarını, en eski Ona kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

7.510 üzerinden
41 Kişi · 6 İnceleme
236 syf.
10/10 puan verdi
Əvvəlcə demək istəyirəmki kitabın Ön sözü çoxx xoşuma gəldi. Digər yazarların kitabında yazarın həyatlarını oxumaq sıxıcı gəlir mənə.Amma bu kitabda yazıcı bizlərə dəyər verərək sanki bizimlə üz-üzə oturub söhbətləşir. Əgər həyatınızda bir dəfə də olsun sevmisizsə bu kitab sizə görədir. Yazar sevgiyə istər qadın,istər kiş olsun hər iki cinsin tərəfindən baxib.Burda biz oxuculara tövsiyyələri də var. Sevib ayrılanların hansı hisslər keçirdiyini böyük ustaliqla göstərib.Kitabdaki altıntıları çoxxx bəyəndim,demək olarki kitabı başdan ayağa xətlədim.Yazarın dediyi kimi:"Kitab sənə bilmədiyin nələri isə öyrətməyəcək.Sadəcə olaraq,sənin hiss edib açıqlaya bilmədiklərini,içindən keçən ancaq tamamalaya bilmədiyin duyğuları qələmimlə kağıza köçürmüşəm". Və gəlirəm kitabın son səhifəsində yazarın qeyd etdiyi cümləyə:Xahiş edirəm,kitabı bitirərkən məmnun olub olmadığını deyərək,qapağıni bağla. Cavabım. Həqiqən məmnun oldum və çoxx bəyəndim. Oxumayanlara tövsiyyə edirəm
Ona
OnaƏziz Yaqubzadə · Xan Nəşriyyatı · 201583 okunma
236 syf.
7/10 puan verdi
·
6 günde okudu
Onu deyə bilərəm ki,kitabda qeyri adiliklə qarşılaşmadım.Həyatda bir çoxlarımızın yaşadığı duyğular qələmə alınıb.Əziz Yaqubzadənin ilk kitabıymış "Ona" başlanğıc üçün pis deyil.Oxumağa dəyər....Xoş mütaliələr...
Ona
OnaƏziz Yaqubzadə · Xan Nəşriyyatı · 201583 okunma
Reklam
236 syf.
6/10 puan verdi
Kitabın başlanğıcında "oxuyarkən ağlınıza kim gəlirsə ona" dediyi üçün, kitabı mənim üçün dəyərli olan birinə hədiyyə etmişdim, oxuyub içinə notlar qeyd edərək. Gələk kitab haqqında düşüncələrimə... Oxuyarkən onu fərq etdim ki, məndə belə bir şey yaşatmışdım vaxtı ikən birinə... Bu üzümə şapalaq kimi dəydi. Bəzən sıxıldım, bəzən acgözlüklə oxudum ama sonunda Əziz Yaqubzadə ilə bu görüşümdəm məmnun oldum, təşəkkürlər.
Ona
OnaƏziz Yaqubzadə · Xan Nəşriyyatı · 201583 okunma
236 syf.
7/10 puan verdi
·
Beğendi
Bu kitabı oxuduqdan sonra köhnə hislər, düşüncələr gəldi gözümün önünə. Səhər tezdən evdən qaça-qaça çıxıb universitetə getməyim... Elmlər akademiyasının ətrafında çiçək açan ağaclar... Cins pencəyim və qara çantam :)... Mühazirə otağına iki dəqiqə gecikəndə müəllimin hər sözünə rəğmən “qb” almamaq üçün keçib sakitcə oturduğum o dərs... Bu kitabla tanışlığım III kursda anasını çox kiçik yaşlarında itirmiş bir bəy tanışım sayəsində oldu. Kitabı səhər 11-də mənə verən bu tanışım günorta 3-də aldı məndən. Və nəticədə mən sadəcə bir neçə səhifə oxuya bildim. Amma ona heç vaxt küsmədim. Səbəb isə kitabı məndən alışında kiçik bir uşaq həvəsinin və gözlərində “o” parıltının olmasıdır. “Mən aşiq oldum”-dedi və davam etdi “Şeyyy... O bu kitabı istəyir”. Sadəcə gülümsədim və kitabı uzatdım. Ona heç vaxt küsmədim ;) Sonra uzun illər “Oxuyacam!” desəm də növbə çatmadı. İllər sonra isə kitabı tapmaq çox çətin başa gəldi. Bəs dəyərdimi?-Dəyərdi. Kitab Əziz Yaqubzadənin “Ona”sıdır. Düşündüyümün əksinə kitab sadəcə romantik hislərdən deyil, hər sevginin ağrı-acısı olduğu qədər, onların bir gün bitəcəyindən bəhs edir. Çox təfərrüata girməyəcəm özünüz oxuyun deyə) 🪻Sonda isə “Məmnun oldum, @azizyaqubzade ”
Əziz Yaqubzadə
Əziz Yaqubzadə
Ona
OnaƏziz Yaqubzadə · Xan Nəşriyyatı · 201583 okunma