Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Oqtay Eloğlu

Cafer Cabbarlı

Oqtay Eloğlu Yorumları ve İncelemeleri

Oqtay Eloğlu yorumları ve incelemelerini, Oqtay Eloğlu kitabı hakkındaki okur görüşlerini , Oqtay Eloğlu puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.810 üzerinden
87 Kişi · 13 İnceleme
96 syf.
8/10 puan verdi
·
2 saatte okudu
Cəfər Cabarlının "Oqtay Eloğlu" teatr əsərində milli teatr yaratmağı qarşısına məqsəd qoyan Oqtay xalqın ciddi qarşıdurması ilə üzləşir. Cəhalət içində boğulan xalq teatr, səhnə ideyasını heç cür qəbul edə bilmir, Oqtaya qarşı çıxır, onu kənarlaşdırırlar. Vətəninə bağlı, onu candan sevən, təhsilli, ziyalı bir gənc olan Oqtayı xalqının savadsızlığı və bunun yaratdığı cəhalət incidirdi. O, səhnədə öz yurdundan, Azərbaycanlı aktrisa görmək istəyirdi. Hadisələrin gedişi zamanı Firəngizlə Oqtay arasında başlayan sevgi münasibəti Oqtayın həyatını tamamilə dəyişir. Bununla da, Oqtayın daha bir arzusu çin olur - ilk Azərbaycan qadını səhnəyə çıxır. Oqtayın kral, Firəngizin Amaliya rolunu ifa etdiyi Şillerin "Qaçaqlar" faciəsində səhnədə Kral Amaliyanı deyil, Oqtay Firəngizi öldürür. İlk baxışda bu, Oqtayın Firəngizdən qisas alması kimi də görünsə də, Oqtayın bu hərəkəti rəmzi məna daşıyırdı. Bununla əsərin qəhrəmanı Firəngizin Aslan bəyin əlində yenidən alətə çevrilməsinin qarşısını almaq, səhnəyə gələn ilk Azərbaycan qadınını əbədi yaşatmaq istəyirdi. -"Kimdir müqəssir? Yaşadaraq öldürən ya öldürərək yaşadan? Sevərək parçalayan ya parçalayaraq sevən əliqanlı səfillər padşahı Oqtay Eloğlumu? Əski muhitin bu gülünc heykəlimi? Yaxud alman dahisi böyük Şiller özümü?" Həmin dönəmdə Cəfər Cabbarlının özü də teatrı xalqın maariflənməsi üçün mühüm vasitələrdən biri kimi dəyərləndirir, onu yüksək qiymətləndirirdi. Beləliklə, yazar öz düşüncələrini Oqtay vasitəsilə oxucuya çatdırır.
Oqtay Eloğlu
Oqtay EloğluCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2021303 okunma
96 syf.
10/10 puan verdi
Hal-hazırkı günümüzdə teatra gedən neçə nəfərik..?
Oqtay Eloğlu ~ Cəfər Cabbarlıdan oxuduğum 4cü əsər.. Və Cəfər Cabbarlı yaradıcılığının şah əsəridir deyə bilərəm. İndiyə qədər oxuduğum əsərlərində ortaq cəhət; inkişaf arzusu olub. Bu mövzulara əbəs yerə toxunmayıb, xalqın həyat tərzi uğrunda çarpışan insanlar heç vaxt layiq olduqları mövqedə ola bilməyiblər. Səbəb; qarşılaşdıqları maneələr olub. Bu maneələri gördükdə geri çəkilənlər də olub, maneənin üstünə gedənlər də. Oqtay 2ci təbəqədən idi. Maneənin üstünə gedən. Əsərin baş qəhrəmanıdır. Arzusu milli teatr yaratmaq arzusu olub və ciddi çətinliklərlə üzləşib. İmkanının az olması, ətrafda köhnəfikirli adamların olması Oqtayı yolundan geri çəkməyib. Və Firəngiz.. bu tanışlıq onun yaradıcılıq həvəsini daha da artırır. Firəngiz qardaşı Aslan bəy bacısını Oqtaydan ayırmaq üçün fərqli fərqli yollara əl atır.. və istəyinə nail olur. Gözləmədiyiniz hadisələr olacaq.. Bəzi hissələrə toxunmayım, oxumayanlar ola bilər. Mütləq oxuyun ...
Oqtay Eloğlu
Oqtay EloğluCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2021303 okunma
Reklam
96 syf.
10/10 puan verdi
·
Beğendi
Əsərdə ədib cəhalət içində boğulan, pulun, səltənətin hakim olduğu cəmiyyətdə vətəndaş - ziyalı təəssübkeşliyini ön plana çəkmişdir. Əsərin əsas qəhrəmanı xalqını, Vətənini bütün varlığı ilə sevən bir gəncdir. O özünü el oğlu, böyük bir vahidin kiçik parçası sayır. Millətinin cəhalət içində yaşaması Oqtayı ağrıdır. O, rahatlıq tapa bilmir,
Oqtay Eloğlu
Oqtay EloğluCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2021303 okunma
96 syf.
10/10 puan verdi
·
Beğendi
Əsərdə milli teatr yaratmağı özünə məqsəd qoyan Oqtay Eloğlu çox çətinliklərlə rastlaşır.Xalqın hər zaman arxasında durraraq,ona inanaraq,xalqın inkşafını istəyirdi.Heç bir çətinlik onu ruhdan salmırdı.Fəqəqət Firəngizə aşiq olur,Firəngizin qardaşı Aslan Oqtay səfil olduğu üçün onları ayırır.Məşəqqətli yolda necə mübarizəsi oıduqca insanı əsəri oxumağa cəlb edir.
Oqtay Eloğlu
Oqtay EloğluCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2021303 okunma
96 syf.
9/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
Cəfər Cabbarlı - Oqtay Eloğlu
Bu dəfə sizə öz ədəbiyyatımızdan olan görməkli dramaturq Cəfər Cabbarlının 6pərdəli faciə - "Oqtay Eloğlu"dan yazacam. Dünya ədəbiyyatı zəngin olsa da, öz ölkənin ədəbiyyatını oxumaq insana başqa bir zövq verir. Çünki oxuduqca yazarların hansı cəmiyyətdən çıxdıqları, hansı problemləri dilə gətirdikləri problemlər sənə tanışdır, dili,
Oqtay Eloğlu
Oqtay EloğluCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2021303 okunma
96 syf.
8/10 puan verdi
·
Beğendi
Əsər Oqtay adlı bir gəncin Azərbaycana teatrı gətirməyə çalışması və üzləşdiyi çətinliklərlə bağlıdır. Aktyorlar məsxərə ilə qarşılanır, biletlər əsərin dili ilə "yalvara-yalvara" satılır, qadın rollarını kişilər və ya rus qadınlar oynayır. Bunun müşayiətində Oqtaya Firəngiz adlı bir qiz aşiqdir, lakin Oqtayın və teatrın ciddiyə alınmadığı bir cəmiyyətdə onların sevgisi qəbul olunmur, ailesi Firəngizi hisslərini danmağa məcbur edir. Qısa da olsa çox gözəl əsərdi, keçmişimizi və incəsənətimizin keçdiyi çətin yolları görmək insana bugünü də sorğuladır. Bugün də televiziyamızda bir Azərbaycan filmi, serialı görəndə əksəriyyət refleks olaraq bəyənmir və məsxərəyə qoyur. Keçmişdə teatrımızın üzləşdiyi pis münasibətlə bugün kinomuz üzləşir.
Oqtay Eloğlu
Oqtay EloğluCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2021303 okunma
Reklam
96 syf.
8/10 puan verdi
·
Beğendi
Zavallı ürəkləri telbətel didib parçalayan bu məhzun baxışlar, tam üç il sanki ilahi bir eşqin gözəlliklərini oxşayan xəyali mahnılar, bir qızın yanaqlarını öpən, qucan bu məsum qızartılar, bu qızartıları öpən zəif göz yaşları, bu izdirablar, üzüntülər, hamısı qanlı bir əyləncə, qara bir yalan, bir oyuncaq, bir cəhənnəm, hamısı bir aktrisanın səhnədə göstərdiyi süni hərəkətlərindənmi ibarət idi?
Oqtay Eloğlu
Oqtay EloğluCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2021303 okunma
96 syf.
·
Puan vermedi
·
40 günde okudu
Cəfər Cabbarlı "Oqtay Eloğlu"
Cəfər Cabbarlı
Oqtay Eloğlu
Oqtay Eloğlu
Cafer Cabbarlı
Cafer Cabbarlı
Azərbaycan ədəbiyyatının, teatrının yeni istiqamət almasında, müasir ədəbi dilimizin formalaşmasında mühüm rol oynamışdır. C.Cabbarlının 1920-1923-cü illərdəki ədəbi fəaliyyətinin ən yaxşı nəticəsi "Aydın" və "Oqtay Eloğlu" pyesləri olmuşdur. Hər iki əsər 1921-1923-cü illərdə Azərbaycan Dövlət
Oqtay Eloğlu
Oqtay EloğluCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2021303 okunma
·
Puan vermedi
Firəngiz, Oqtayın səhnəyə qayıdışının qarşısını kəsmək üçün qurulan planı gördükdə heç nəyi nəzərə almayaraq səhnəyə çıxır. Əslində, o, çoxdan səhnəyə can atırdı, amma qarşısında maneələrlə rast gəlirdi. Ancaq sonda Oqtay qətiyyətli addım atıb səhnəyə çıxır və bu addım onun ölümünə səbəb olur. Oqtay onu öldürərək illərdir xəyallarında qoruyub saxladığı və ideal hesab etdiyi Firəngizi "yaşatmağı" üstün tutur.
Oqtay Eloğlu
Oqtay EloğluCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2021303 okunma
96 syf.
·
Puan vermedi
·
1 saatte okudu
Həyatını ,ailəsini el uğrunda qurban verən qəhrəman — Oqtay Eloğlu Azərbaycan teatrının inkişafında xüsusi rol oynayan Cəfər Cabbarlının teatrın yaranması ,inkişafı ilə bağlı xidmətlərindən biri idə "Oqtay Eloğlu "nu yazmasıdır. Əsərin qəhrəmanı Oqtay milli teatrımız üçün əlindən gələni edir. Onun ən böyük arzusu digər ölkələrdəki kimi Azərbaycan qızlarını da lojada görmək ,aktyorlara gül-çiçək verdiklərini seyr etmək idi .Səhnəyə çıxmağa hazırlaşan Oqtay bütün işi üzərinə götürmüşdü .Amma problemlər çox idi .Aktyorlar bacarıqsız və həvəssiz idilər . C.Cabbarlı səhnədə qadınların oynamasına imkan verməyən mühiti ,cəmiyyəti təsvir etmişdir. Qadın rolunu oynayacaq bir var idisə ,o da Azərbaycanlı olmayan Tamara idi. Amma Oqtayın arzusu Azərbaycan mənəviyyatını ,milli şüurunu təbii şəkildə əks edə biləcək Azərbaycan qızlarını səhnədə görmək idi . Oqtayın arzularına mühit qarşı gəlir .Firəngizin teatra gəlməsi ,aktyorları gül-çiçəklə heyrətləndirməsi Oqtaya ümid verir .Amma qaranlıq mühit Aslan bəy ,Danyar bəy simasında Oqtayın gözəl arzusunu məhv edir .Oqtay teatrı tərk edir,səfil həyatı sürür .Bacısı Sevəri küçədə səfalət içində görən Oqtay səadətini istədiyi xalqın bu qızcığazı da yaşatmadığını düşünür . İlk dəfə Firəngiz Azərbaycan səhnəsində qadın aktrisa kimi çıxış edir .Səhnədə Şillerin " Qaçaqlar " əsəri oynalınırdı .C.Cabbarlı əsərin sonunu tərcümə etdiyi "Qaçaqlar " əsəri kimi bitirir .Karl Amaliyanı öldürdüyü kimi Oqtay da Firəngizi öldürür .
İpek Hasanzade
İpek Hasanzade
Cafer Cabbarlı
Cafer Cabbarlı
Oqtay Eloğlu
Oqtay EloğluCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2021303 okunma
Reklam
96 syf.
·
Puan vermedi
Çıplaklıgın felsefesi
Oktay: Aha, bir zamanlar senin giysilerini tanırdım. Şahsını tanımıyorum. Artık kimseyi de giysileriyle tanımak istemiyorum. Haspolat: Oktay! Bu senin aziz dostun, Samet bey! Oktay: Aziz dostum mu? Tanımıyorum. İstersen soyun, sana giysilerin olmadan bakayım. Artık ben her bir şеyi çılpak görmek istiyorum. Oktay Eloğlu - Cafer Cabbarlı
Oqtay Eloğlu
Oqtay EloğluCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2021303 okunma