Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Orientir Yıldızı

Zaur Ustac

Öne Çıkan Orientir Yıldızı Gönderileri

Öne Çıkan Orientir Yıldızı kitaplarını, öne çıkan Orientir Yıldızı sözleri ve alıntılarını, öne çıkan Orientir Yıldızı yazarlarını, öne çıkan Orientir Yıldızı yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
56 syf.
8/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Bazen sözün bittiği yere geliriz ya hani. Nefesimiz kesilmiş, kullanacağımız tüm cümleler aklımızdan uçup gitmiş, alfabe silinmiş gibi.. İşte bugün böyleyim. Sitenin haline, sizin halinize, Türkiye`nin haline üzülüyorum. Ama ne deyip, nasıl teselli edeceğimi bilemiyorum. Ağzımı açıyorum ve yeri doldurulamaz boşlukla karşılaşıyorum. Acının
Orientir Yıldızı
Orientir YıldızıZaur Ustac · «MTR group» nəşriyyatı · 2011251 okunma
".....-“Ağdamın Yusifcanlı, Tərtərin Qızıloba kəndləri istiqamətində ermənilər atəşkəsi pozmuşlar. Düşmən cavab atəşi ilə susdurulmuşdu...”- aparıcının səsi eşidildi. - Pozmadıqları gün olur ki? - Seyid ayağa durdu. Zərblə əlini stolun üstünə elə vurdu ki, nə yaxşı dəftər-kitabdan başqa heç nə yox idi... Az qala bütün bilindaj silkələndi. -Pozublar, pozublar... Qurban olum, ay Allah, sən özün mənə səbr ver... - deyə-deyə Seyid bayıra çıxdı, tranşeylə lap ön müşahidə nöqtəsinə gəldi. Üzü dağlara tərəf baxdı, baxdı, baxdıqca göz dağına çevrilmiş bu dağlar ağırlığında suallar sıxmağa başladı onu. Görəsən, “HÜCUM” əmrini çoxmu gözləyəcəyik? Qurban olum , ay ALLAH, Ali Baş Komandan bircə, bu “HÜCUM” Əmrini versəydi!!! Bəs, bu torpaqları kim azad edəcək? Bəs, bu dağlardakı səngərlədə neçə illərdir torpağa tapşırılacağı günü gözləyən igid-ər şəhidlərimizin sümüklərini nə vaxt yığıb mənzilinə çatdıracağıq? Düşünə- düşünə dərə boyu dağlara baxdı. İndi onun baxışları dağlara zillənsə də, dağların arxasında da nə olduğunu gün kimi aydın görürdü... "
Sayfa 4 - Kitap, http://kitabxana.net/files/books/file/1430716832.pdfKitabı okudu
Reklam
Seyidin diqqətini çəkən yaxın keçmişimizdə, Çanaqqala döyüşlərinin əfsanəvi qəhrəmanlarından biri olan topçu əri Mehmet oğlu Seyit Çavuşun başına gələnlər idi - həmin qanlı döyüşdə Seyit Çavuşun atdığı bir mərmi döyüşün taleyini həll edən amillərdən biri olmuşdu, ancaq burada Seyidin diqqətini çəkən Seyit Çavuşun mərmini necə atması idi. Deməli, növbəti düşmən mərmisi partlayandan sonra Seyit Çavuş görür ki, top, Əli adlı başqa bir əsgər yoldaşı ilə onun ümidinə qalıb. Düşmən gəmiləri də sahilə yaxınlaşır, yəni əsgər şərəfinin, vətən torpağının bundan ağır və çıxılmaz vəziyyəti ola bilməz. Əsgər yoldaşı Əli ilə bu müşkülü dartışırkən, Seyit Çavuş özündə elə bir güc hiss edir ki, təxminən 300 kg-a yaxın mərmini təkbaşına bir neçə dəfə topa qoyub, atəş edir axır ki, düşmənin ən ünlü gəmilərindən birin vurur... Ağır, sürüşkən mərmiləri götürmək, bir neçə pilləkən qaldırıb, topun lüləsinə yeritməkdən əlavə burda iki maraqlı məqam Seyidi düşündürürdü; birincisi, nə Seyit Çavuş, nə də yoldaşı Əli tuşlayıcı, nişançı deyildi, sadəcə heyət nəfəri idi, ikincisi isə, bu hadisə məşhur olandan sonra komandiri fotoqrafçı gətirdir istəyir ki, mərmini qaldıran vəziyyətdə Seyit Çavuşun şəklini çəkdirsin, ancaq Seyit mərmini qaldıra bilmir ki, bilmir... Düşünə-düşünə Seyid özü üçün yəqinləşdirdi ki, Cənabi- Haqq istədiyi məqamda istədiyi adama elə bir güc verər ki, uca dağlar belə insanın qarşısında duruş gətirə bilməz. Necə ki, Fərhad Şirin eşqi ilə Bisütunu yerlə bir etmişdi...
Sayfa 12 - KitapKitabı okudu
"....Xüsusən, son vaxtlar onda belə bir fikir yaranmışdı ki, Uca Tanrı istədiyi bəndəsinə lazımi məqamda, haqq işi üçün elə bir güc verər ki, böyük bir ordu da bu gücün qarşısında aciz qalar. Necə ki, uzaq keçmişimizdə Həzrəti Əli Allahin iradəsiylə düşmən ordusu ilə dəfələrlə təkbaşına döyüşə girmiş, həmişə də onun köməkliyi ilə qalib
Sayfa 7 - kitapKitabı okudu
"..... Daha heç nə düşünmürdü, gedirdi üzü Günbatanda doğan Günəşə tərəf gedirdi... Sanki, kimsə onu gəzdirirdi; bura Ağdərədi, bura Kəlbəcərdi, bura Laçındı, bura Göyçədi, bura Borçalıdı,bura Dərbənddi, bura İrəvandı, bura Zəngəzurdu, bura Təbrizdi, bura Füzulidi, bura Zəngilandı, bura Qubadlıdı, bura Cəbrayıldı, bura Xocavənddi, bura Ağdamdı, bura Xocalıdı, bura Xankəndidi, bura Şuşadı- Qaladı eee, Qala- bura Qarabağdı- bura dünyanın mərkəzidi, bura bəşəriyyətin beşiyidi, bura Adəmin vətənidi, bura Azərbaycandı, bu torpaqlar türk oğluna Uca Tanrının ərmağanıdı, bu torpaq Adəmin yoğrulduğu torpaqdı, bu torpağın uğrunda Şəhid olmaq hər kəsə nəsib olmur... O, quş kimi idi, sərhəd tanımırdı. Elə bil, bir az əvvəl bir səkinin əlində aciz qalan adam deyildi. Üzü Günbatanda doğan Günəşə doğru gedirdi. Birdən dayandı mən hara gedirəm belə, bəs bu mənə deyilənləri necə çatdırım Vətən oğullarına, düşüncəsi ilə uçdu göylərə... İndi, Günbatanda bir ulduz parlayır, elə parlayır, elə parlayır ki, sanki, gəl, gəl, bu tərəfə gəl, buralar səni gözləyir deyir..."
Sayfa 24 - Kitap - http://kitabxana.net/files/books/file/1430716832.pdfKitabı okudu
"İstəyirdi ki, illərdi mərd ogulların nəşinə təşnə qalan, şərəfsiz düşmən əsarətində inləyən VƏTƏN TORPAĞINA yetirsin özünü... Ayağı səkiyə ilişdi, yıxılmadı səndələdi bir az... Yavaşca sağ dizi üstə çöküb, sag böyrü üstə uzandı- sol yaman incidirdi- sağ əlini torpağa tərəf uzatdı, başını qaldırıb, həsrətlə baxdı burnunun ucundakı torpağa; İlahi hələ çoxmu öz torpağımızda həsrətlə baxacayıq öz torpağımıza-dedi və başını qolunun üzərinə qoydu. Hiss etdi ki, iradəsini itirir, istədi gözlərini yumsun, ancaq göz qapaqları sözünə baxmadı. İstədi sol əlini qaldırıb, gözlərini yumsun. Qolunu bir az qaldırdı, ancaq axıra qədər qalxmadı yanına düşdü. Göy üzünə baxa-baxa kelmeyi-şəhadət gətirdi. Daha heç nə düşünmürdü, gedirdi üzü Günbatanda doğan Günəşə tərəf gedirdi... " -
Sayfa 28 - kitapKitabı okudu
Reklam
"Buludları Ayın üzərinə örtük kimi çəkməsini, dualarının qəbul olunması kimi düşündü Seyid. Bir andaca hər yan zülmət qaranlığa qərq oldu. Bununla Uca Tanrı Seyidin yolunu açır, bu işə öz razılığın bildirirdi.Seyid dərə aşağı elə gedirdi ki, elə bil, uşaq vaxtı məktəbə gedib-gəldiyi yolla addımlayırdı. Bu yerlərin hər iki tərəfdən də dəfələrlə minalandığın bilsə də, sanki, indi yadından çıxmışdı. Futbol meydançasında top qovan kimi, qovurdu kol-kosu...."
Sayfa 16 - kitapKitabı okudu
56 syf.
10/10 puan verdi
·
Beğendi
Zaur USTAC-ın "Oriyentir Ulduzu" povesti yeniyetmə və gəncləri vətənpərvərlik ruhunda tərbiyə etməkdə, yuxarı sinif şagirdləri üçün çalışmalarla birlikdə tərtib olunmuş yeganə və əvəzolunmaz sinifdən xaric oxu vəsaiti olmaqla bərabər əsgərlər üçün də dəyərli taktiki-döyüş hərəkətləri dəqiq təsvir olunmuş maraqlı bədii dildə yazılmış vəsait kimi qiymətlidir. Onun ən əsas dəyəri Türk Dünyasının qəhrəman oğlu Mübariz İbrahimova həsr olunmasıdır. Məncə ilk cümlələrdən əsərin peşəkar hərbiçi-yazar qələmindən çıxdığı hiss olunur. Çağdaş ədəbiyyatımızın ən vacib mövzuda - hərbi vətənpərvərlik mövzusunda - ən qiymətli incisidir....
Orientir Yıldızı
Orientir YıldızıZaur Ustac · «MTR group» nəşriyyatı · 2011251 okunma
56 syf.
10/10 puan verdi
·
Beğendi
Asger heyatindan behs eden bir bashqa eser ... herb heyatinin bir - nece gununu gozler onunde canlandiran bir hikaye.... mwmmkwn qeder oldugu kimi ve ya nece ola biler realliga yaain bir sepkide qeleme alinib... Peshekar herbici-yazar qeleminden cixdigi ilk setirlerdece hiss olunur....
Orientir Yıldızı
Orientir YıldızıZaur Ustac · «MTR group» nəşriyyatı · 2011251 okunma
56 syf.
10/10 puan verdi
·
Beğendi
Mübariz, Mübariz Babalar da adı verende çok düşünmüşlər.... - Mübariz asil bir Kahraman!!! - onun haqqında ne kadar yazılsa da onun etdikleri yanında bir heç kalar.... faqat men bu küçücük hikayeni okumakdan doyamadım xüsusen Çanakkelenin anlatılması, Seyit Mehmet Çavuşun anılması zövq verdi... kururlandırdı Beni.....- demek biz bir tek miletiz coörafimiz geniş.......babalara layiq olmalıyıq......
Orientir Yıldızı
Orientir YıldızıZaur Ustac · «MTR group» nəşriyyatı · 2011251 okunma
Reklam
56 syf.
10/10 puan verdi
·
Beğendi
Okudum, mudhish bir hikaye.... Mehz bu hikayeni okuyandan sonra bir daha emin olursan ki, ne qeder yer ayaqimiz altindadir, goy bashimizin ustundedir ve qehraman Turk ogullar var bu yuca millet var olacaq... yagilar da hemishe qan qusacaqlar, nece ki qusurlar...
Orientir Yıldızı
Orientir YıldızıZaur Ustac · «MTR group» nəşriyyatı · 2011251 okunma
". Silah otağından bayıra bir addım atmışdı ki, “FARAĞAT”- köməkçinin komandası eşidildi. Bu vaxt Seyidin kölgəsi örtülü meydançaya çıxmışdı. Seyid örtülü meydançaya çıxdı, döyüşə hazır vəziyyətdə, bir cərgə düzülmüş əsgərləri gözdən keçirdi. Köməkçi sıradan bir addım qabağa çıxıb məruzə etdi: -“Yoldaş Gizir döyüş heyyəti döyüşə hazırdır” -“Azad”- Seyidin amiranə səsi sükutu pozdu."- esger heyatini bir ani....
Sayfa 13 - kitapKitabı okudu
56 syf.
10/10 puan verdi
·
Beğendi
Sheirlerin cok beyenirim.. xususen de sevgiye aid olanlari. bir de Mubarizden behs eden kitabin oxumusham .... bu kitabi oxuyanda butun asgerliyim geldi durdu gozumun qabaginda .. men ozwm de Beyleqanda doyush postunda qulluq etmishem ...
Orientir Yıldızı
Orientir YıldızıZaur Ustac · «MTR group» nəşriyyatı · 2011251 okunma
101 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.