Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Özünə Sadiqlik

Anar Məmmədxanov

Özünə Sadiqlik Hakkında

Özünə Sadiqlik konusu, istatistikler, fiyatları ve daha fazlası burada.
0/10
0 Kişi
Okunma
Beğeni
214
Görüntülenme

Hakkında

Anar Məmmədxanovun 2014-cü ildə rus dilində nəşr olunmuş və azərbaycan dilinə tərcümə edilmiş "Özünə sadiqlik" adlı birinci kitabına onun müxtəlif vaxtlarda çap olunmuş, aktual problemlərə toxunan analitik məqalələri, esseləri, şərhləri, açıq məktubları daxil edilib. Kitab oxucu ictimaiyyəti arasında böyük rezonansa səbəb olub.
Basım Tarihi: 2014
ISBN: 1000000008050Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak
Reklam

Yazar Hakkında

Anar Məmmədxanov
Anar MəmmədxanovYazar · 1 kitap
Anar Camal oğlu Məmmədxanov (20 iyul 1970, Bakı – 23 aprel 2011, Bakı) — dövlət və ictimai xadimi olmuşdur. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olmuşdur. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə isə XX əsr çempionu olmuşdur. 2005-ci il noyabrın 6-da 30 saylı Suraxanı birinci seçki dairəsindən deputat seçilmişdi. Azərbaycan Respublikası I, II və III çağırış Milli Məclisinin deputatı idi. “Ultra Production” şirkətinin və "Day.az" xəbər saytının yaradıcısı idi. Ölümünün səbəbi kəskin ürək qan-damar çatışmazlığı ürəyin işemik xəstəliyi olub. Həyatı Anar Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda anadan olmuşdur. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1992-ci ildə oranı bitirmişdir. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olmuşdur. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olmuşdur. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olmuşdur. Bitərəf kimi Azərbaycan Respublikası birinci (1995), ikinci (2000) və üçüncü çağırış (2005) Milli Məclisinin deputatı olmuşdur. 23 Aprel 2011-ci ildə vəfat edib. Evli idi, 3 övladı yadigar qalıb.