Patriarxın Payızı

Gabriel Garcia Marquez

Patriarxın Payızı Sözleri ve Alıntıları

Patriarxın Payızı sözleri ve alıntılarını, Patriarxın Payızı kitap alıntılarını, Patriarxın Payızı en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Armas meydanının həmişəhazır camaatı isə iri hərflərlə yazılmış: "Ölümünün üçüncü günü zühur edən zati-alilərini Allah hifz eləsin!" - şüarlarıyla hamını ölməz prezidentin ətrafında sıx birliyə səsləyirdilər. Bir sözlə, həyat, əvvəllər olduğu kimi, heç kimi, heç nəyi süni surətdə nəyəsə təhrik eləmədən, təbii şəkildə gündəlik bayrama çevrilmişdi. Hər şey öz-özünə düzəlirdi. Dövlət işləri yağ kimi gedir, vətən iri addımlarla irəliləyir, höküməti öz bildiyi, öz istədiyi kimi idarə eləyir, heç kimi ona mane olmur, elə bil düşmənləri də öz-özünə ha tərəfəsə buxarlanırdı.
Sayfa 50
Mən öz balalarımı - qazan qapaqlarını gümüş qaşıqlarla təbil kimi çalan, bürünc ləyənləri büllur güldanlara vurub cingildədə-cingildədə: "Atam ölüb, yaşasın azadlıq!.." - deyib ulaşa-ulaşa ətürpədən şənlik düzəldən bu alayarımçıq küçükləri öz gözlərimlə gördüm... Armas meydanında qalanan tonqalda yanıb külə dönən portretlərimi, litoqrafik təqvimləri gördüm!" O, hamının zəhləsini tökmüş, hər dəqiqə, hər addım camaatın gözünü dəyənək eləmiş portretlərinin alışıb yanmağına, sonra yenə öz bədəninə baxdı.
Sayfa 45
Reklam
Və o vaxtdan siz kreslodan ona görə düşmədiniz və düşmək fikriniz də ona görə yox idi ki, sizin üçün bu, sadəcə olaraq, qeyri-mümkün idi... Qorxu! Məsələ burasındadır... Boynunuza alın, mənim generalım, siz gözəl bilirsiniz ki, küçəyə adi adam kimi çıxsanız, camaat üstünüzə quduz it kimi atılıb, Santa-Mariya-del-Altardakı kütləvi qırğının, qala zindanındakı canavarlara çiy ət əvəzi, diri-diri atılan dustaqların, yerdə qalanların gözünün odunu almaq məqsədilə diri-diri dərisi soyulub ailələrinə gödərilənlərin əvəzini çıxacaqlar...
Sayfa 40
"Nəyə görə, lənət şeytana, mənim ölümümdən sonra bu dünyada heç nə dəyişmədi? Axı necə ola bilər ki, günəş elə əvvəlki kimi batır, çıxır, heç yanda büdrəmir də? Axı niyə, ay ana, niyə, bazar günü elə bazar günü qaydasıyla keçir... bürkü də, mənim sağlığımdakı kimi, yeri-göyü yandırıb-yaxır?"
"Vətən - ən gözəl uydurmadır, anacan!" - deyərək köks ötürürdü.
Sayfa 31
Reklam
997 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.