Pəncərəsiz

Ayxan Ayvaz
Tahmini Okuma Süresi:
5 sa. 45 dk.
Sayfa Sayısı:
203
Basım Tarihi:
2022
Yayınevi:
Qanun Nəşriyyatı
ISBN:
9789952381733
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca

Yorumlar ve İncelemeler

"Hərdən insan olmaqdan yoruluram..."
Puan vermedi·160 syf.··
Beğendi
·
2022 39. kitabı
·
27 saatte okudu
·
Okunma: 26 Haziran 2022 13:01
2 il sonra belə bir yazı yazıram, buna təhlil demək düzgün olmaz. Təhlil çox dərin araşdırma və təhlil edilən haqqında məlumatları tam əhatə etməyi tələb edir. Bu yazı kitabın proqramda ilk oxucusu olduğum və oxumağı düşünəcək insanlarda fikir yaratmaq üçündür. Ayxan Ayvazı yazıçı kimi 2 il əvvəl bir kitabını bura əlavə edəndə tanımışdım. İlkin təəssürat olaraq nədənsə ciddi yazıları olacağını düşünməmişdim, amma "Pəncərəsiz" əsəri bu fikrimi dəyişdi. Kitabda "qeyri-adi bir tələbə" olan İsanın həyatı təsvir olunur. Bu İsa həm insanlara, həm də həyata qarşı dəyişkən münasibəti ilə seçilir. Üsyankar ruhu, sərt fikirləri, vecsizliyi oxucuda maraq oyadır. Hər birimizi narahat edən, amma dilə gətirməkdən çəkindiyimiz həqiqətləri İsa hər kəsin üzünə birbaşa deyir. Belə açıq sözlü olmağına səbəb isə keçmişindəki bədbəxtliklərdir, hər gün artan intiqam hissidir. Həyat onu sərtliyə məcbur etmişdir. Hekayəni nəql edən Mahir isə onun tələbə yoldaşı və dostu olmasına baxmayaraq, haqqında çox az məlumatlıdır. Bu qədər maraqlı həyatı olan İsanın davranışları Mahirin darıxdırıcı həyatına rəng qatır. İsa haqqında hekayələr hamıda maraq oyadır, düzgün olmayan xəbərlər ağızdan-ağıza yayılmağa başlayır. Amma İsa bu xəbərləri belə vecinə almır, deyilənləri nə inkar, nə də təsdiq edir. Ayxan Ayvazın İsanı bu qədər müəmmalı və qeyri-adi təsvir etməsi bir yerdən sonra mənə adi və sıxıcı gəlməyə başladı. Buqələmuna bənzədilən İsa hər gün başqa bir məşğuliyyəti ilə, fərqli bir əqidəsi ilə ətrafındakıları təəccübləndirməyi bacarır, özü haqqında bütün fikirləri alt-üst edir. Sevgidə də bəxti gətirməyən İsa gah hamını çox sevən bir dosta çevrilir, gah da insanlara düşmən olan bir yada. İntihar İsa üçün ən önəmli anlayışdır. O, intiharın da digər seçimlər kimi normal qarşılanmağının tərəfdarıdır.
Edebiyat
PəncərəsizAyxan Ayvaz · Qanun Nəşriyyatı · 20229 okunma
Reklam

Yazar Hakkında

Ayxan AyvazYazar · 3 kitap
Ayxan Ayvaz Gürcüstanın paytaxtı Tiflis şəhərində anadan olub. Atası, yazıçı Eyvaz Əlləzoğlu 1996-1998-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində ikinci katib kimi fəaliyyət göstərmişdir. 1998-ci ildə ailə Bakıya gəlir və Ayxan Ayvaz da ilk təhsilini burada alır. 2009-ci ildə Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinin rus dili ixtisasına qəbul olunub, 2014-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə atası Eyvaz Əlləzoğlu insultdan dünyasını dəyişib.[1] Həmin il yazıçının anası da vəfat edib. O illərdə gənc yazıçı bir neçə yerdə aktiv jurnalistika fəaliyyəti ilə məşğul olur. Eyni zamanda ailəni dolandırmaq üçün qarovulçu kimi də çalışır. 2019-cu ilə ailə həyatı qurub. Fəaliyyəti Redaktə 2008-ci ildə Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin nəzdindəki Gənc Ədiblər Məktəbindəki fəallığına görə Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib. O, Azərbaycan Yazıçılar Birliyinin ən gənc üzvlərindən biri olmuşdur. 2011-ci ildə Mərkəz qəzetində fəaliyyət göstərib, qəzetin ədəbiyyat səhifəsini aparıb, dövrün tanınmış yazıçılarından müsahibələr alıb, eyni zamanda köşə yazıları ilə çıxış edib. Həmin illərdə Ekspress qəzetində də işləyib, maraqlı yazıları ilə diqqəti cəlb edib. Daha sonra Publika.az, Teleqraf.com, Qafqazinfo.az saytında aktiv jurnalistika fəaliyyətinə başlayıb, yazdığı yazıları, aldığı müsahibələri ilə jurnalist kimi tanınıb. 2013-cü ildə Azərbaycan Yazıçılar Birliyində demokratik prinsiplərin pozulduğuna və yazıçı Şərif Ağayarın qurumdan çıxarıldığına görə AYB üzvlüyündən imtina edib. Həmin ili ev növbəsinə yazılan gənc yazıçının bu addımı sensasiya ilə qarşılanıb. Ev növbəsinin şərtlərinə görə təzədən birliyə üzv olmaq məcburiyyətində qalan gənc yazıçı Yeni Müsavat qəzetinə müsahibə verib və Azərbaycan Yazıçılar Birliyindəki ədalətsizlikdən danışıb. Müsahibədən sonra AYB rəhbərliyi gənc yazıçıya sərt cavablar verib[7] və həmin ili onu Azərbaycan Yazıçılar Birliyinin sıralarından çıxardıblar. O dönəmlərdə işsiz qalan gənc yazıçı sosial şəbəkədə işsizliyi ilə bağlı çağırış edir[8] və bu çağırış ciddi reaksiya doğurur. APA Holdingin rəhbəri Vüsalə Mahirqızı onu Kulis.az mədəniyyət portalında çalışmağa dəvət edir.[10] Yazar Kulis.az saytında çalışdığı dövrlər daha çox populyarlıq qazanır, yazdığı reportajlara görə böyük rezonans doğurur. Bakı Metropolitenində baş verən hadisə haqqında (Mingəçevir SES-də baş verən qəzada ölkədə enerji təchizatı dayanmışdı. Həmin vaxtlar Bakı Metropoliteni qəfil fəaliyyətini dayandırmış, sərnişinlər metro tunelində əlacsız qalmışdılar) yazdığı reportaj səs-küy doğurmuş, günlərlə Azərbaycan mediasında, eləcə də sosial şəbəkələrdə trend olmuşdur. Yazıları və səsləndirdiyi fikirlərə görə bir neçə dəfə gündəmə gəlmiş və söhbət mövzusuna çevrilmişdir. Bir müddət Ədalət qəzetində fəaliyyət göstərib, daha sonra yenidən Kulis.az saytında çalışıb, hazırda da həmin saytla əməkdaşlıq edir. 2018-ci ildə sosial şəbəkələrdə başlamış və tez bir zamanda trendə çevrilmiş Hər yer ədəbiyyat hərəkatının ideya müəllifi və rəhbəri olmuşdur. Bir çox yazıçının da qoşulduğu bu hərəkatın əsas məqsədi Azərbaycanın yerli müəlliflərini tanıtmaq və ölkədəki kitab bazarını dirçəltmək idi. Yaradıcılığı Redaktə Çox erkən yaşda Ulduz jurnalında ilk hekayəsi çap olunur. Daha sonra tez-tez Kiçikbəy, sonra isə Ayxan Ayvaz imzası ilə hekayələri Ulduz, Azərbaycan, Alatoran jurnallarında, Proloq, Ədəbiyyat qəzeti, oxuzali.az, Kulis.az, qaynar.info, qafqazinfo.az və başqa qəzet-jurnallarda, sayt və portallarda dərc olunur. 2011-ci ildə çap edilən Mən necə Polat Alemdar oldum komik romanı gənc yazıçının ilk qələm təcrübəsi hesab olunur. Həmin ili ölkənin ən çox satılan kitabları siyahısına düşən roman indi də tez-tez müzakirə edilir. 2017-ci ildə Buri adlı hekayələr kitabı Qanun nəşriyyatı tərəfindən çap olunmuş və ciddi müzakirələrə səbəb olmuşdur. Buri (gürc. პური) gürcücə çörək deməkdir. Gənc yazıçı təqdimat günü kitabla bərabər oxuculara bir dilim çörək də verərək maraqlı bir performans sərgiləyib. Kitabın tirajı həmin ili satılıb qurtarıb. Hekayələri haqqında yazıçı Əlibala Hacızadə, Əkrəm Əylisli, Seyran Səxavət, Səfər Alışarlı, Şərif Ağayar, Mirmehdi Ağaoğlu, Kənan Hacı, Qismət Rüstəmov, Qan Turalı, Mina Rəşid, Orxan Həsəni, Tural Cəfərli, tənqidçi Əsəd Cahangir, Elnarə Akimova, Nərmin Cahangirova və başqa tanınmış qələm adamları yazılar yazıb, fikirlər söyləyib. Yazıçının hekayələri türk, rus, ingilis, gürcü dillərinə çevrilib, bir çox xarici ölkənin almanaxlarında dərc olunub. Eyni zamanda yazıçı tərcümə fəaliyyəti ilə də məşğul olub. Onun tərcüməsində məşhur Nobel mükafatçısı yazıçısı Fransua Moriakın Qurbanlıq quzu romanı və məşhur yəhudi əslli yazıçı Stefan Sveyqın novellalarından ibarət Bir ürəyin qürubu kitabı çap edilib. Təltifləri Redaktə 2008-ci ildə dövri-mətbuatda çap olunan hekayələrinə görə Mahmud Kaşğari adına diplomla təltif olunub. 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi şeir və hekayə müsabiqəsində nəsr nominasiyasına[23] , 2010-cu ildə Nəsimi Milli Mükafatında hekayəsinə görə ilk üçlükdə yer alıb. Monoton hekayəsinə görə 2013-cü ildə Azadlıq Radiosunun təşkil etdiyi Ədəbi Azadlıq şeir-hekayə müsabiqəsində üçüncü yerə layiq görülüb. 2016-cı ildə Yaradıcılıq Fondunun təşkil etdiyi Quran motivləri əsasında hekayələr müsabiqəsi”ndə Qaranlıq və işıq hekayəsi mükafat qazanan hekayələrdən olub.