Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qırmızı Ləçəklər

Varis

Qırmızı Ləçəklər Gönderileri

Qırmızı Ləçəklər kitaplarını, Qırmızı Ləçəklər sözleri ve alıntılarını, Qırmızı Ləçəklər yazarlarını, Qırmızı Ləçəklər yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
"İnsanın sevməsi - ağ vərəqə yazı yazılması kimidir. Bəzən yazı karandaşla yazılır. İstədiyin vaxt onu poza bilirsən. Bu, ötəri, səthi sevgidir. Bəzənsə yazı diyircəkli qələmlə, yaxud avtoqələmlə yazılır. Bu zaman hər şey mürəkkəbin tərkibindən aslıdır. Elə olur, yazılanları iz qoymaqla olsa belə birtəhər poza bilirsən. Eynən yaralayan sevgi kimi. Elə də olur yazı vərəqə necə pərçinlənir, hopursa, nə illah edirsən, pozulmur. Axırda vərəqi cırıq-cırıq edir." 
Bəzən insan bir şeyi həddən artıq çox arzulayır. Arzulamaqla bərabər ona can atır, bütün fikrinu ona cəmləyir, hərəkətini, fəaliyyətini ona çatmağa səfərbər edir. Belə olanda gec,ya tez, mütləq istəyinə çatırsan.
Sayfa 153Kitabı okudu
Reklam
Bacarsaydım qurudardım Dünyanın dənizlərini. Xəzər yudu bu gün,gülüm, Sahildəki izlərini. O balaca ləpirləri Çoxmu gördü dünya mənə, Gözmü dəydi izlərinə? ................................... Yerə vurdun sözlərimi, Dindi yerin sarı simi... Eşitmişəm,yol üstəsən, Yaz,göndərim gözlərimi, Harda ağlamaq istəsən.....
Sayfa 102Kitabı okudu
Həyatın ən sərt qanunudur: nəyin bahasına olursa-olsun,ayaqda qalmalısan. Büdrədinmi,yıxmağa çalışacaqlar. Yıxıldınmı,tapdalayacaqlar.
Sayfa 117Kitabı okudu
Ayrılıq al- əlvan gül-çiçək bağçasının xəzan olmasıdır.
Sayfa 101Kitabı okudu
Biz doğulanda ömrümüzün pazllardan ibarət rəsmi artıq çəkilmiş olur. Sadəcə, yaşadıqca onları öz yerlərinə düzürük.
Reklam
Təqvimlərdə qara haşiyəya alınmış günlərlə qırmızı yazılmış günlər vaxt adlı eyni ananın övladı olsa da, dünyaya eyni cür gəlsə də, birincilər nifrət, ikincilər rəğbətlə yaşamağa məhkumdur. Günlərin xoşbəxtliyi və bədbəxtliyinin müəllifi insanlardır, əlbət ki.
240 syf.
10/10 puan verdi
·
4 günde okudu
DUYĞULANMAMAQ ƏLDƏ DEYİL
Bu əsər I Qarabağ müharibəsində, Xocalı ətrafında gedən döyüşlərdə igidlik göstərərək şəhadətə ucalan "Azərbaycanın Milli Qəhramanı" Əlif Hacıyevin 39 illik həyatını həyat yoldaşı olan Qalina Hacıyevanin xatirələri silsiləsində yazılmış əsərdir. Əlif ailəsinə bağlı, qayğıkeş ata ,sədaqətli ər ,vətənpərvər bir Azərbaycan oğludur. Belarus vətəndaşı olan Qalina xanım və Əlifin dillərə dastan sevgisi də təsvir olunub . Allah Şəhidlərimizə rəhmət etsin !
Qırmızı Ləçəklər
Qırmızı LəçəklərVaris · Teas Press Nəşriyyatı · 202023 okunma
İnsanın sevməsi- ağ vərəqə yazı yazılması kimidir
Sayfa 6 - VarisKitabı okudu
Reklam
İnsanın sevməsi - ağ vərəqə yazı yazılması kimidir. Bəzən yazı karandaşla yazılır. İstədiyin vaxt onu poza bilirsən. Bu, ötəri, səthi sevgidir. Bəzənsə yazı diyircəkli qələmlə, yaxud avtoqələmlə yazılır. Bu zaman hər şey mürəkkəbin tərkibindən asılıdır. Elə olur, yazılanları iz qoymaqla olsa belə birtəhər poza bilirsən. Eynən yaralayan sevgi kimi. Elə də olur, yazı vərəqə necə pərçimlənir, hopursa, nə illah edirsən, pozulmur. Axırda vərəqi cırıq-cırıq edir.
240 syf.
9/10 puan verdi
Varisin qələmini o qədər də bəyənmirəm ama bu bambaşqa bir şeydi bu milli qəhrəmanımız Əlif Hacıyevin; Xocalı eşqindən, Qalina ilə olan sonsuz sevgisindən bəhs edir. Başlarda sıxılsamda sonlarına doğru hönkürməkdən yoruldum. Hələ sondaki "qırmızı başınağacı" detalı məndə qəlb qoymadı.
Qırmızı Ləçəklər
Qırmızı LəçəklərVaris · Teas Press Nəşriyyatı · 202023 okunma
Bəs niyə, niyə, niyə insan insanı unuda bilmir?
Sayfa 219Kitabı okudu
Həyatın ən sərt qanunudur: nəyin bahasına olursa olsun, ayaqda qalmalısan. Büdrədinmi, yıxmağa çalışacaqlar. Yıxıldınmı, tapdalayacaqlar
Sayfa 117Kitabı okudu
37 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.