Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qisas Gönderileri

Qisas kitaplarını, Qisas sözleri ve alıntılarını, Qisas yazarlarını, Qisas yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
80 syf.
9/10 puan verdi
·
Beğendi
Qısa amma çox təsirli kitab axtaranlar üçün
Belə qısa bir kitabın hətta hekayə də demək olar, bu qədər təsirli ola biləcəyini düşünməmişdim.Somerset Moemin qələminə heyran qaldım ,bir sözlə. Bitirəndə görən niyə bu kitab o qədər tanınmayıb dedim. Təbii ki,Somerset Moem tanınmış yazıçıdı amma kitab tövsiyəsi istəyəniləndə əsərlərinə az müraciət olunur. Vaxt olduqca kitablarını alıb oxuyacam artıq. Nəysə keçək kitaba. Hekayəsindən çox danışmayacam onsuz qısadı süjeti. Qısaca deyim ki əsər ikinci dünya müharibəsi dövründə Alman əsgəri və fransız qız arasında cərəyan edir. Yəni müharibə əleyhinə yazılmışdır. Bu qədər qısa bir hekayədə müəllif müharibənin dəhşətini, ağrı acısını bizə o qədər ustalıqla hiss etdirir ki. Aclığın, səflətin insana nələri unutduracağını, iradəsini necə qırdığını müharibənin nəinki cəbhədəki hətta cəbhədən minlərlə kilometr uzaqdakı insanların həyatına necə dəhşətli təsir göstərdiyini göstərir bizə.Müharibənin necə bir fəlakət oluğunu bir dahaa xatırladır. Əsərdə sevdiyim bir məqamda obrazların psixologiyasının incəliklə yansıdılmasıdı. Artıq təsirli və kiçik həcmli kitab istəyən hər kəsə ilk tövsiyəmdir.
Qisas
QisasW. Somerset Maugham · Qanun · 076 okunma
Qoy hamının məndən zəhləsi getsin. Amma heç vaxt elə addım atmaram ki, sonra özümün özümdən zəhləm gedə
Reklam
Hə, biz məğlub olmuşuq. Ancaq bu o demək deyil ki, biz məhv olmuşuq.
Əvvəllər heç ürəyimə də gəlməzdi, ya da yatsam yuxuma da girməzdi ki, adam adama bu dərəcədə nifrət edə bilər. Mən sənə nifrət edirəm!
Qəribədir ki, o, hələ də qızın gülümsədiyinin şahidi olmamışdı.
Reklam
O, qızı oxşamaq, əzizləmək, qucaqlamaq, onun yaş dolu gözlərini öpməyi necə arzulayırdı !… Elə bil bu istək kişinin qadına olan əzəli meyli deyildi, bir ayrı şeydi;
42 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.