En Beğenilen Qisas Gönderileri

En Beğenilen Qisas kitaplarını, en beğenilen Qisas sözleri ve alıntılarını, en beğenilen Qisas yazarlarını, en beğenilen Qisas yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
80 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 saatte okudu
Hadisələr İkinci Dünya müharibəsi illərində Almaniyanın Fransanın işğal etdiyi Suasson şəhərinə yaxın bir fermada baş verir. Alman əsgəri olan Hans içkili halda ferma sahibinin qızı Annetə zorla sahib olur. Annet hamilə qalır və bunu öyrənən Hans onlara tez-tez gəlməyə başlayır. Onunla evlənməyə hazır olduğunu deyir və hər gəlişində nələrsə (yemək falan) gətirir. Annetin isə Hansdan zəhləsi gedir. Ferma sahibi və onun həyat yoldaşı Annetin Hansla evlənməsinə razı olsalarda Annet etiraz edir. Məncə bu qədər bəsdir spoiler vermək istəmirəm. Maraqlı bir əsərdir və yazarın oxuduğum ilk əsəridir. Bir sözlə bəyəndim.
Qisas
QisasW. Somerset Maugham · Qanun · 078 okunma
80 syf.
9/10 puan verdi
Somerst Moemi “Qisas” novellası ilə tanıdım. Elə ilk səhifələrdən götürdü kitab məni. Olur ki, 300-400 səhifəlik romanlar oxuyuruq amma ordakı duyğular, hisslər oxucuya çatmır. Bir də belə kiçik həcmli kitablar var insanın ruhunu incidir. Sözlərimi cümlələrə düzməkdə belə çətinlik çəkdim bu kitabdan sonra Bu balaca kitabda nə yoxdur ki? Nifrət, qürur, ağrı-acı, yoxsulluq, gərginlik, təcavüz… spoiler vermək istəmirəm, çünki mövzusu kiçik həcmlidir. Deyim ki, çox həssas mövzusu var. Hadisələr 2-ci dünya müharibəsi dövrünə təsadüf edir. Elə ilk səhifələrdən əsəb, stress, sarsıntı yaşadır kitab. Bir qadına edilən təcavüzün sonluğunu məncə, elə bu faciə ilə bitirməli idi Moem. Sonda birmənalı olaraq ağlıma gələn ilk cümlə Annet də Hans qədər qəddar və faşistdir. Çünki Hansın Annetə vurduğu zərbədən, faşist əməldən sonra Annetin ondan heç bir fərqi qalmadı mənə görə. Yəni qisas bu cür olmamalı idi Çünki başqasının günahının cəzasını bir digəri ödəməli deyil. Annet bəlkə də etdiyindən peşman olacaq amma keçmişi geri qaytarmaq olmaz… Məni düşündürən digər məqam isə Annetin valideyinlərinin davranışı oldu. Necə valideyn göz yuma bilər belə bir vəhşiliyə və nələrinsə qarşlığında az qala övladını sata? Alın oxuyun amma yenə deyirəm əsəbi, ürəyi zəif olan oxumasın kitabın sonu elə bitməsəydi 10 puan verecekdim.
Qisas
QisasW. Somerset Maugham · Qanun · 078 okunma
Reklam
Özü də niyə gəldiyini bilmirdi. Boynuna almaq istəmirdi ki, adicə insani münasibətlər üçün burnunun ucu göynəyir.
Qoy hamının məndən zəhləsi getsin. Amma heç vaxt elə addım atmaram ki, sonra özümün özümdən zəhləm gedə
Sən gərək keşiş olaydın. Bütün incikliyini əsl xristian barışqanlığı ilə unudursan.
Ona nifrət edirəm... onun məni yaraladığı kimi mən də onu yaralaya bilsəydim, xoşbəxt ölərdi.
Reklam
39 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.