Haliçdən Olan Qız

Kurban Said

En Eski Haliçdən Olan Qız Sözleri ve Alıntıları

En Eski Haliçdən Olan Qız sözleri ve alıntılarını, en eski Haliçdən Olan Qız kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Onun nəzərləri Marionun gümüş çərçivədəki portretinə sataşdı. Elə həmin məqamda da ağlına bir fikir gəldi: şillələnmək bu dünyada insanın başına gələcək ən dəhşətli hadisə deyil. Bütün məsələ həmin şilləni kimin vurmasındadır.
Sayfa 49 - Qanun NəşriyyatıKitabı okudu
Öz qəlbini bir adama necə göstərmək olar? Bu, küçədə çılpaq gəzməkdən fərqlənmir!
Sayfa 55 - Qanun NəşriyyatıKitabı okudu
Reklam
-Bura bax, qəfildən heç vaxt qayıtmasam, neyləyərsən?- Asiadeh gözlənilmədən qapının arasında ayaq saxlayıb ehtiyatla dilləndi. -Daha heç vaxt gülümsəyə bilmərəm,- Hasa narahat tərzdə cavab verdi
Sayfa 187 - Qanun NəşriyyatıKitabı okudu
Hasa əlini arvadına uzatdı, kafedəki müştərilərin diqqətli baxışları altında onu çıxışa doğru apardı. -Yandırır, - Asiadeh çiyinlərini oynada-oynada dilləndi. -Nə yandırır? -Baxışlar. Kişilər mənə elə baxırlar ki, elə bil indicə öpmək üçün üstümə atılacaqlar. -Bəlkə doğrudan da elə bunu istəyirlər.
Bu dünyanın burulağanında heç nə yoxa çıxmır, əsrlərlə əvvəl söylənmiş fikirlər kitabxanaların tozu içində,qədim əlyazmaların səhifələrində qarabasma kimi ömür sürürlər. Sonra qəfildən də gerçək əməllərə,hadisələrə çevrilirlər,bu sonsuz xor da uzaqlara yayılır,barmağa keçirilmiş nişan üzüyü kimi Yer kürəsini bürüyür.
Axı qadından çox şey - xoşbəxtlik və kədər,həyat və ölüm - aslıdır.
Reklam
111 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.