Qumru Əlifbası

Qismət Rüstəmov

Qumru Əlifbası Gönderileri

Qumru Əlifbası kitaplarını, Qumru Əlifbası sözleri ve alıntılarını, Qumru Əlifbası yazarlarını, Qumru Əlifbası yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Məlikməmmədin quyudan üçüncü qıza yazdıqları
Zalım qardaşların yamanlığından, İçimi yeyirəm gün boyu, ay qız. Bir qadın bətninin qaranlığından, Daha qaranlıqdı bu quyu, ay qız. Divi almalıqda güddüyüm təki, Yuxulu gözlərlə açılır səhər. İndi mən yarama duz basıram ki,
Dəfnənin gülüşü. Qızım, yaşamaq dediyimiz bu gözəl, bu hüzünlü ziyafət misafir günləri qapıyacan ötürüb “sabah da gəlin” deməklə keçir; amma neyləsək də bu qocaman şəhər
Reklam
adam yeniden...
Adam getdiyi yerə özünü də aparırsa, demək, getmək qeyri-mümkündü əslində; gerçək olan yalnız yerdəyişmədi – A nöqtəsindən B nöqtəsinə. Adam nə qədər təklənir təklənsin həyatda, özünə deməyə bir-iki kəlməsi varsa, bir-iki həqiqəti, yəni ürəyiylə danışa bilirsə, vəssalam, kim nə deyir-desin, boş verməli... Adam yolları bağlananda, topuğu qanayanda, toxtaq ola bilirsə, keçmirsə qürurundan, bir başı kəsiləndə, min baş çıxara bilirsə Ximera kimi, min qılınc parıldasın, min xəncər itilənsin, vız gələr. Adam sərin bir yaz gecəsi küçəyə baxanda, düşünəndə ötənləri, damağında sonuncu siqaret, xatırlayanda ölülər izdihamına qarışan dostları, birdən çox adi şeyləri yenidən başa düşür...
Klassika məşqləri 1.
Gözlərindən öpərəm, dodaqlarından sənin, Şirin sözlər asaram qulaqlarından sənin, Saçını oğurlayıb daraqlarından sənin, Saxlayaram cibimdə, gizli-gizli qoxlaram, Yandıraram gecələr, gəlirsənmi yoxlaram. Əllərindən tutaram, biləyindən öpərəm, Saçlarının gül qoxan küləyindən öpərəm, Məni müqəddəs bilən ürəyindən öpərəm, Öpərəm ki, biləsən mən müqəddəs deyiləm, Nə var məndən qaçmağa, mən ki qəfəs deyiləm… Qırmızı kəmturş şərab badələrə süzülər, Zarafatlar uzanar, ürəyimiz üzülər, Barmaqlarım tələsər, düymələrin çözülər, İçimə bir od düşər, titrəyər ayaqlarım, Süd yolunda dincələr qurumuş dodaqlarım. Ürəyimin parası, gözümün bir tikəsi, Məni yaman qorxudur dinməmək təhlükəsi. Mən özündənrazının, eqoistin yekəsi, Sən zəriflik tanrısı, qadının ötəsisən Bütün xoş şeylər kimi səndəmi bitəsisən ?
24 öğeden 21 ile 24 arasındakiler gösteriliyor.