Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Rübailər Sözleri ve Alıntıları

Rübailər sözleri ve alıntılarını, Rübailər kitap alıntılarını, Rübailər en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Toxunma könlünə biçarə gülün, İncitmə qəlbini avarə gülün. Səbanın eşqiylə olmuşdur, ey dost, O qanlı köynəyi sədparə gülün.
Sayfa 119Kitabı okudu
Aşiqlər evinin dərvazəsi, bil, Olmuş çoxdan bəri bizim bu mənzil. Məhsulumuz qəmdir, bihuşuq müdam, Şadlıq bu xanənin qonağı deyil.
Reklam
Qəmlə dost elədi camalın məni, Qızıl tək saraltdı xəyalın məni. Səninlə içərəm şərabı ancaq, Əbədi məst edər vüsalın məni.
Sayfa 106Kitabı okudu
Bilirdim, vəfadan xeyli uzaqsan, Bilirdim, əhdini sındıracaqsan. Axırda etdiyin düşmənçiliyi, Əvvəldən mən yaxşı bilirdim, inan.
Sayfa 124Kitabı okudu
Yudun xətaləri, sən ey lütfkar, Qulluq sırğan bütün qulaqlarda var. Günahın yükünü götür, ey Allah, Dar gündə kimsəni sən eyləmə xar!
Sayfa 138Kitabı okudu
İş sənin deyilsə, bitməsin bir an, Sənə qurban olsun bu dövlət, bu can. Qəmindən başqa bir arzumuz varsa, Qızıl tək əritsin qoy məni hicran.
Sayfa 115Kitabı okudu
Reklam
Xidmətdən qovulmuş bir kəsdir ürək, Adın-sanın yoxsa, həyatdan əl çək. Bu dünya elə bir karvansaradır Ki, qara pula da dəyməzmiş, gerçək.
Nədən səni belə yandırdılar, şam, Yoldan çıxartdılar burda bir axşam? Sən özün dilə gəl, neyləsin, əgər Yaranmışsa ancaq yanmaqçün adam?!
Sayfa 102Kitabı okudu
Xərabatdan çıxan bir ay ucaldı, Fələyin damında bir çadır saldı. Qəflətən ucaldı Hatifdən bir səs: “Bu dünya bir saman çöpünə dəyməz!”
Sayfa 103Kitabı okudu
Dedim: məsləhət ver bizə, ey ürək! Şirin meydən içək, acıdan içək? Dedi: acıdan iç, yoxsa Şirinə Vurğun deyilsən ki, sən də Fərhad tək.
Sayfa 107Kitabı okudu
Reklam
Dözülməz bir acı zəhərdir fəraq, O, şövqi, həvəsi yandırır ancaq. Ölüm can qurtarır, böyük cəfadır – Dünyada əzizdən, yardan ayrılmaq.
Sayfa 128Kitabı okudu
Qəlbim aşiqlərin sərdəftəridir, Verilən əzaba çox müştəridir. Sərt bir daş kimidir ürəyin sənin, Dözdüm o bərkliyə çoxdan bəridir.
Sayfa 129Kitabı okudu
Qəlbim sənə bağlandı nahaq etdim mən Eşqin yox imiş qəlbimi incitdim mən Çəkdim qəmini, qeyrlə sən şad oldun Allah sənə sən tək verə yar, getdim mən.
Sayfa 50
Sən yada düşəndə ürəyim yanır, Qanlı göz yaşıyla üzüm islanır. Ətrin məst etdikcə hər yandan məni Səbrimin köynəyi hey parçalanır.
Sayfa 125Kitabı okudu
sen kasapsın, bense kurbanınım, bak, dayanırım değse de kemiğe bıçak. adettendir, satarsın kestiğini sen, beni öldürsen de, gel, satma ancak.
Sayfa 132 - Lider Neşriyat 2004Kitabı okudu
47 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.